Sizin Reklam Burada
Xəbər lenti
02-02-2026
01-02-2026
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

"Üçüncü doza vaksinin mənası yoxdur..."- İnfeksionistdən XƏBƏRDARLIQ

Tarix: 08-07-2021 13:34     Baxış: 3266 A- / A+
"Üçüncü doza vaksinin mənası yoxdur..."- İnfeksionistdən XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, vaksinin hər iki dozasından sonra antitel yaranmayan şəxslərin üçüncü dozanı da qəbul etməsinin vacibliyi bildirilib.

Nəzərə alsaq ki, koronavirusun yeni və daha yoluxdurucu mutasiyası olan Delta variantı sürətlə yayılmaqdadır, təqdim olunan vaksinlərdən üçüncü doza kimi hansının qəbul edilməsi sual yaradır.

Manevr.az
xəbər verir ki, mövzu ilə bağlı sfera.az-a danışan infeksionist İlham Bayramov ilkin mərhələdə "Pfizer” vaksinindən istifadə edənlərin üçüncü doza qəbul etməməsinin daha uyğun olduğunu bildirib:

"Vaksinin üçüncü dozası kimi daha yaxşı olardı ki, "Pfizer” peyvəndindən istifadə olunsun. Çünki koronavirusun yeni mutasiyası olan Delta variantı üçün yalnız bu vaksin 60-70 faiz qoruyuculuğa malikdir. Əgər ilkin doza kimi "Pfizer” vaksini qəbul edilirsə, bu zaman üçüncü dozaya gərək yoxdur. Çünki digər növ vaksinlər Pfizer peyvəndindən güclü deyil".

İnfeksionist üçüncü doza vaksindən istifadənin mənasız olduğunu deyib:

"Lakin üçüncü dozanın vurulması mütləq olarsa, bu zaman ilkin mərhələdə "Pfizer” istifadə edən şəxslər üçüncü doza kimi "Sinnovac” vaksinindən istifadə edə bilərlər. Ümumilikdə onu deyim ki, təqdim olunan vaksinlərin heç biri koronavirusun yeni və daha təhlükəli versiyalarına qarşı tam effektiv deyil. Bu baxımdan üçüncü dozadan istifadənin bir o qədər də mənası yoxdur".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar