Xəbər lenti
İndiki vaksinlərin necə olduğunu 5 il sonra biləcəyik" - Rus epidemioloqu
Rusiyanın tanınmış mikrobioloq və virusoloqu Vitaliy Zverev yoluxub sağalanlara peyvənd vurmamağa çağırıb. O bildirib ki, məhz təbii virusa yoluxub sağalanlar kollektiv immunitetin əsaslarıdır.
"Onlar qızıl fonddur, onlara dəyməyin. Dünyada heç bir vaksin təbii qazanılmış immuniteti əvəz edə bilməz. Təbiətdə belə vaksin yoxdur və bu vaxta kimi olmayıb. Ona görə insanların koronavirusa təbii yoluxub sağalması daha güclü immunitet yarada bilər.
Mən vaksinin əleyhinə deyiləm, lakin təhlükəsiz, etibarlı vaksin olsa. İndiki vaksinlərin necə olması barədə 5 il sonra biləcəyik”.
Nazirliyin yoluxub yoluxmamasından, antitellərdən asılı olmayaraq hər kəsə vaksin vurulması barədə çıxışı alimi heyrətləndirib.
"Bu necə ola bilər? harda yazılıb ki, yoluxub təbii immuniteti olana hansısa vaksin vurulmalıdır. Bax, bu sözdən sonra məni şübhələr narahat etdi.
Uşaqların vaksin olunması da şübhəlidir. Onlar xəstəliyi demək olar, problemsiz keçirir və heç bilinmir”
Həkim bundan sonra insanları evə qapamaqla karantin qaydaları tətbiq etməyi mənasız adlandırıb.
"Belə getsə 2-3 ilə biz milyonlarla başqa xroniki xəstəliyi olan insanlar qazanacağıq. İnfarkt, insult, xərçəng tüğyan edir. Hepatitlə bağlı vəziyyət koronavirusdan da pisdir”./medicina.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar