Xəbər lenti
“Koronavirus həmişəlik bizimlə qalacaq" - Həkimdən açıqlama
Rusiyalı məşhur həkim və teleaparıcı Aleksandr Myasnikov koronavirusa qarşı tətbiq edilən bəzi karantin qaydalarının əleyhinə olduğunu söyləyib, eyni zamanda vaksinasiyanın ənhəmiyyətindən danışıb.
Manevr.az xəbər verir ki, bu barədə o, "Smotrim" verilişinə müsahibə verərkən sualları cavablandırıb.
Myasnikov testlərin yoxlanılması sualına cavab verərkən bildirib ki, tibb işçiləri çox zaman doğru analiz götürmürlər və buna gorə də testin cavabı səhv çıxır.
"Antitelin cavabına tam olaraq inanmaq düzgün deyil. Testlərin 40 faizi yalan olaraq müsbət çıxır", - deyə Myasnikov qeyd edib.
Tanınmış həkim vurğulayıb ki, hələlik koronavirusu məhv edən dərman preparatı yoxdur: “Biz həkimlər fəsadları aradan qaldırırıq. Amma konkret olaraq koronavirusu məhv edə bilmirik".
Myasnikov qeyd edib ki, əgər min nəfərdən biri koronavirusa yoluxubsa, min nəfərin hamısı tibbi maska taxmalıdır.
"İctimai yerlərdə quraşdırılmış dezinfektorlar isə koronavirusa təsir etmir. O, yanız bağırsaq infeksiyasını məhv edir", - deyə həkim əlavə edib.
Myasnikov qapalı yerlərdə vaksinin 3 saat qaldığını deyib və həm də bildirib ki, əlcək taxmaqla koronavirusdan qorunmaq düzgün fikir deyil.
O, həmçinin piyada gəzməyə üstünlük verməyi tövsiyə edib.
"Bir neçə vaksini qarışdırmaq olarmı" sualına cavab verən həkim bildirib ki, buna dair əks göstəriş yoxdur.
"Vaksinlər hamısı eyni effektivliyə malikdir, onların hansının daha optimal olduğunu isə zaman göstərəcək", - deyə Myasnikov bildirib.
Qeyd edək ki, Myasnikov gənclərin hamısının distant təhsilə keçməsini məqsədəuyğun hesab edib.
Bildirək ki, həkim koronavirusun dünyanı tərk etməyəcəyini və həmişəlik bizimlə qalacağını qeyd edib./cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar