Xəbər lenti
Koronavirusu keçirənlər hansı vaksini vurdurmalıdır?
Koronavirusa yoluxanlarda artıq ona qarşı immunitet qazanılıb, buna görə də bir fazalı peyvəndlə vaksinasiya kifayətdir.
Manevr.az xəbər verir ki, bu sözləri Rusiya Federal Tibb Tədqiqat Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar laboratoriyasının müdiri, professor Aleksandr Çepurnov söyləyib.
“Bir peyvənddən sonra infeksiyanı keçirənlərdə antikorlar və digər immunitet göstəriciləri qalxır. Lakin ikinci mərhələdən sonra praktik olaraq heç bir şey dəyişmir, çünki immunitet lazımi səviyyədə qazanılıb. Odur ki, ikinci doza praktik olaraq heç nə əlavə edə bilməyəcək”, - ekspert izah edib.
Professor müxtəlif ölkələrdən olan alimlərin koronavirus xəstələrində bir peyvəndin effektivliyini qeydə aldıqlarını xatırladıb. O vurğulayıb ki, ikiqat vaksinasiya xəstə olmayanlara daha güclü immunitet qazandırır. Bu mənada bir fazalı vaksin koronavirusa yoluxanlar üçün uyğundur.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar