Xəbər lenti
Ətyeyən parazit TƏHLÜKƏSİ: Ölümcül xəstəlik 27 milyon insana təsir edəcək
Alimlər qlobal istiləşmə səbəbi ilə gələcəkdə kovid-19 kimi heyvanmənşəli yoluxucu xəstəliklərin artacağı ilə bağlı xəbərdarlıq ediblər.
Manevr.az medicina.az-a istinadən xəbər verir ki, Cənubi Amerikada yayılan Leishmania adlı ətyeyən parazit ABŞ-da da aşkarlanıb. Son dərəcə təhlükəli olan parazit Texas və Okohama əyalətlərində rastlanılıb, Kaliforniyaya doğru yol alıb. Leishmania qum həşəratlarından istifadə edir. İnfeksiyada olan həşəratlar isə insanları dişlədiyi zaman dəridə yaralara, orqanlarda zərər, hətta ölümə yol aça bilər.
Mütəxəssislər, həmçinin 2080-ci ilə qədər təxminən 27 milyon Şimali amerikalının ətyeyən parazitə məruz qalacağını deyiblər.
Bildirirlər ki, iqlim dəyişikliyi heyvan mənşəli xəstəliklərin ortaya çıxmasında rol oynayır. Yaxın zamanda isə ABŞ-da leishmaniasisə yoluxanların sayı arta bilər.
Leishmaniasis, tropik, subtropik və Şimali Avropanın bəzi bölgələrində rastlanılan xəstəliyə deyilir. Bu parazitlərə daha əvvəl Türkiyədə də rastlanılıb. Türkiyədə parazitin Leismania donovani və Leismania donovani infantum növləri iç orqanlara zərər verdiyi üçün xüsusilə təhlükəlidir. Ege, Akdeniz və Trakyada aşkarlanan xəstəlik heyvanlara və insanlara təsir edir.
Əsasən Şərqi Anadolu və Cənub-Şərqi Anadoluda rastlanılan və "Şərq Çibanı" olaraq bilinən xəstəliyə Leismania paraziti səbəb olur. Bu öldürücü bir xəstəlik deyil, amma müalicə edilməsə ömürboyu qalıcı yara izlətinə səbəb olur.
Amma Cənubi Amerikada tapılan Leishmania növləri (L. donovani chagas, L. braziliense, və s.) ölümcül hesab olunur. Bu bölgələri ziyarət edəcək insanlar mütləq profilaktik tədbirlər almalıdırlar.
Mütəxəssislər bu parazitin gələcək 10 ildə bütün ölkəni ələ alacağı ilə bağlı narahatdırlar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar