Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Vaksin vurduranlar bunlara diqqət etməlidir

Tarix: 30-06-2021 11:40     Baxış: 3206 A- / A+
Vaksin vurduranlar bunlara diqqət etməlidir

Yay aylarında koronavirus əleyhinə peyvənd olunmuş insanlara günəş vannası və uzun müddət günəş altında qalmaq məsləhət görülmür.

Rusiya mətbuatı xəbər verir ki, bu barədə həkim-pulmonoloq Sergey Puryasev danışıb. O bildirib ki, günəşlənmək allergik reaksiyaya səbəb ola bilər.

“Ultrabənövşəyi radiasiya yanıqlara gətirib çıxarır və nəticədə bütün dəri səthində iltihab böyük miqdarda histamin sərbəstliyinə səbəb olur. Bu, allergik reaksiyaya səbəb olan çox güclü amildir. Vəziyyəti ağırlaşdırmamaq və vaksin reaksiyasının yaxşı keçməsi üçün vaksinasiya fonunda allergik proseslər arzuolunmazdır”, - həkim “Sputnik” radiosuna verdiyi müsahibədə izah edib.

Puryasevin sözlərinə görə, peyvəndin həm birinci, həm də ikinci dozasından sonra günəş işığından çəkinmək lazımdır: “İlk dozadan üç həftə, ikincidən iki həftə sonra, yəni ümumilikdə təxminən bir ay sonra günəşlənmək daha yaxşıdır. Daha dəqiq desək, antikorlar yaranandan sonra. Vaksinasiya olunanlar xüsusilə günorta günəş altında az gəzməlidirlər”.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar