Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Koronadan “qorunma” vasitələri xəstəlik yaradır – Həkim

Tarix: 29-06-2021 13:01     Baxış: 4207 A- / A+
Koronadan “qorunma” vasitələri xəstəlik yaradır – Həkim

Koronavirusdan qorunmaq məqsədilə gördüyümüz tədbirlər bəzən əks təsirini göstərir, dəri xəstəliklərinə yol açır. Spirtdən həddindən çox istifadə etdikdə dəridə zədələnmə və qurumalar başlayır.

Manevr.az xəbər verir ki, bunu Azərbaycan Dermotoloqlar Cəmiyyətinin sədri Zülfüqar Həsənoğlu pandemiya dövründə dəri xəstəliklərinin çoxalması barədə danışarkən deyib.

“Dəri qatı zədələndikcə qalınlaşma və hiperkeratoz (epidermisin soyulması) yaranır. Tibbi maskadan düzgün istifadə etməyəndə qızartı, qaşınma və səpgi müşahidə olunarsa, dərhal həkimə müraciət etməlidirlər”, - sədr xəbərdarlıq edib.

Köln Universiteti Klinikasının şöbə müdiri Nuran Abdullayev isə bildirib ki, xətəxanalara COVİD-19 diaqnozu ilə gələn xəstələrin minimum 20%-də dəri xəstəlikləri aşkarlanıb:

“Psixoloji basqının təsiri ilə insanlar əllərini lazım olduğundan qat-qat çox spirtlə təmizləyirlər. Dezinfeksiya məhlullarının tərkibindəki maddələrin təsirindən dəridə bir çox problemlər yaranır. İnsanlar bilməlidirlər ki, dəri səthi ilə koronavirusun keçməsi halına 5% rast gəlinə bilər”.

Qeyd edək ki, İspaniya həkimlərinin araşdırmasına görə, koronavirus xəstələrində bu günə qədər 5 növ dəri xəstəliyi müşahidə edilib. Amerika Dermotoloqlar Assosiasiyası virusa yoluxanlar arasında dəri xəstəliyinə tutulanların siyahısını hazırlamağa başlayıb./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar