Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Kişilərdə də süd vəzi xərçəngi yaranır - Səbəblər, əlamətlər

Tarix: 28-06-2021 23:02     Baxış: 3215 A- / A+
Kişilərdə də süd vəzi xərçəngi yaranır - Səbəblər, əlamətlər

Kişilərdə süd vəzində şişlər niyə yaranır? hansı kişilər risk altındadır? Süd vəzi xərçəngi necə aşkarlanır?

Nə qədər qəribə azrastlanan olsa da müasir dövrdə kişilərdə də süd vəzilərdə xərçəngin yaranması riski artıb və artıq bu diaqnoz aşkarlanan kişilərin sayı artır. Əlbəttə süd vəzi xərçəngi qadınlarda 90% halda çox rast gəlinir. Amma ən kiçik ölkədə belə ildə 40-60 kişidə bu xəstəlik tapılır.

Manevr.az kişilərdə bədxassəli törəmələrin yaranma səbəbləri və əlamətlərini təqdim edir.

Əsas səbəb kişilərdə hormonal fonun pozulması və bərpa olmamasıdır.

Eləcə də yaşı 60-a çatan kişilərdə bu risk artır.

- Genetik irsi səbəblər
- Radiasion şüalanma - iş yeri, yaşayış yeri ilə bağlı
- Tez -tez KT, rentgen müayinələrdən döş qəfəsinin keçirilməsi
- Estrogen tərkibli qida və dərmanların qəbulu
- Xayaların patologiyası
- Alkoqoldan çox istifadə
- Kimyəvi maddələlər zəhərlənmə, zərərli iş
- Artıq çəki

Kişilərdə süd vəzi xərçənginin əlamətləri

- Süd vəzilərinin ya birinin, ya da ikisinin ölçüsünün böyüməsi, bərkiməsi, şişməsi
- Süd vəzi giləsi ətrafında nahamarlıq, düyünlər
- Gilədən axıntı
- Dərinin qabıqlanması, quruması, qızarması
- Qaşınma
- Qolaltında limfa düyünlərinin böyüməsi
- Süd vəzilərində istilik

Kişilərdə qadınlara nisbədən süd vəzilərin kiçik və hamar olması səbəbindən onlarda şişin tez müddətdə ətrafa yayılmasına səbəb olur.

Kişilər hormonal disbalansı hiss etmir, ağrıya, dəyişikliyə fikir vermir, heç vaxt mammoloqa getmir, ümumiyyətlə süd vəzilərini UZİ etdirmir.

Ona görə də qadınlara nisbətən onlarda bu xəstəlik çox gec, təsadüfən, sonuncu mərhələdə aşkarlanır. Kişilər ağciyərlərdə, döş qəfəsində ağrılardan rentgen və ya MRT olunduqda süd vəzilərində törəmə aşkarlana bilir.

Müayinə üçün

Kişini onkoloq mammoloq müayinə edir, MRT və ya KT edilir, analizlər verilir, biopsiya götürülür

Müalicə elə bütün süd vəzi xərçəngində olduğu kimidir.

Çox erkən, I dərəcədə aşkarlananda, yaşama şansı və xilas olmaq imkanı yüksəkdir. /medicina.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar