Xəbər lenti
Çayı qənd, bal və limonla içməyin ZƏRƏRLƏRİ
Adət etdiyimiz kimi, çayı limon və qəndlə içmək əslində heç də faydalı deyil. Orqanizm bu ərzaqları birlikdə qəbul edə bilmir.
Manevr.az xəbər verir ki, qaynar çay balın və limonun faydalı xassələrini öldürür.
Araşdırmalar nəticəsində məlum olub ki, çayı şəkərsiz içən xalqlar onkoloji xəstəliklərdən daha az əziyyət çəkir. Bəzi həkimlər əlavə edirlər ki, bu fakt yalnız qara çaya aiddir.
Şəkər yaşıl çayın müsbət xüsusiyyətlərinə heç bir təsir göstərmir, əksinə onu daha faydalı edir.
Çayda olan kaxetin sərbəst radikalları neytrallaşdıran təbii antioksidant sayılır. Bu komponent tərəvəz və meyvələrə nisbətən yaşıl çayda qat-qat daha yüksək miqdardadır. O, şəkərli diabet və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara faydalıdır.
Amma eksperimentlərdə sübut olunub ki, çaya süd əlavə etdikdə kaxetinin sehrli xüsusiyyətləri yox olur. Hərçənd, bəzi həkimlər güman edirlər ki, bu məsələ haqqında dəqiq fikir irəli sürmək hələ tezdir.
Təmiz bal şəkərdən xeyli faydalıdır. Amma çayını balla qarışdıranlar böyük risk edir. Çünki bal faydalı xassələrini 40 ° C temperaturda itirir, 60 ° C halda isə həzm orqanlarının neoplazmalarına səbəb ola bilən kanserogenlərlə əvəz olunur.
Limon əsl vitamin anbarıdır. O, həm də yüksək temperaturun təsiri altında öz faydalı xassələrini , xüsusən tərkibindəki C vitaminini itirir . Bu səbəbdən də yaxşı olardı ki, limon dilimini çay soyuyanda əlavə edəsiniz.lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar