Xəbər lenti
Bu şəxslər koronavirusa qarşı vaksinin ikinci dozasını vurdurmasın! – XƏBƏRDARLIQ

"Əgər koronavirusa qarşı vaksinin birinci dozasından sonra şəxs koronavirusa yoluxursa, ikinci dozaya gərək yoxdur".
Manevr.az xəbər verir ki, bunu sfera.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov bildirib. Həkimin sözlərinə görə yoluxduqdan sonra qısa müddət ərzində ikinci dozanın da tətbiqi təhlükə yarada bilər:
"Koronavirusa yoluxub sağalan şəxsin qısa müddətdə vaksin vurdurması onun sağlamlığına ciddi təhlükə yarada bilər. Xəstəliyə yoluxduqdan sonra gərək 6 ay keçsin ki, vaksinin ikinci dozası vurulsun. Hələ ki, ikinci növ vaksinin vurulması üçün də minimum 6 ay limiti qoyulub. Peyvəndin vurulmasından 6 ay keçdikdən sonra yəqin ki, bu müddətdə dəyişiklik ola bilər. Yəni bədəndə immunoqlobinlərin miqdarından asılı olaraq müddət uzadıla bilər".
Həkim onu da bildirib ki, peyvənddən əvvəl bu baxımdan müayinə olunmaq zəruridir:
"Peyvənddən əvvəl xəstə həkim tərəfindən müayinə edilməli, təzyiqi, temperaturu ölçülməli, burun və boğazın selikli qişasının vəziyyəti yoxlanılmalıdır".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar