Xəbər lenti
Bu klinikalar vaksin üçün 30 manat istəyir
İyunun 7-dən etibarən Azərbaycanda yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədilə vətəndaşlara "Pfizer” vaksini də vurulmağa başlanılıb.
Bu məqsədlə TƏBİB-lə Səhiyyə Nazirliyinin birgə yaydığı açıqlamada qeyd olunub ki, hazırda "Pfizer” vaksini üçün peyvənd məntəqələrinin sayı artırılıb. Belə ki, həmin vaksinin istifadəsi Bakı Sağlamlıq Mərkəzi, Mərkəzi Klinik Xəstəxananın ambulatoriyası ilə yanaşı, həmçinin "Leyla Medical Center”də, "Caspian İnternational Hospital”da və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında da aparılacaq. Elə həmin məlumatda özəl klinikalara vaksin üçün müraciət etmək istəyən vətəndaşların nəzərinə çatdırılıb ki, sözügedən müəssisələrdə peyvəndlənmə prosesi müəssisənin daxili qaydalarına uyğun olaraq aparılacaq.
Artıq sosial şəbəkələrdə də sözügedən qərar birmənalı qarşılanmayaraq müzakirə edilməyə başlayıb. İstifadəçilərin sözlərinə görə, özəl klinikalara peyvənd üçün müraciət edərkən yoxlanışın pullu olacağını bilməyiblər, bu, onlar üçün "sürpriz" olub.
Manevr.az xəbər verir ki, "qafqazinfo” sözügedən xəstəxanalarla əlaqə saxlayaraq vaksindənöncəki müayinə üçün ödənişlərin qiymətləri ilə maraqlanıb.
Məlum olub ki, Mərkəzi Klinika və Bakı Sağlamlıq Mərkəzində vaksindən öncə vətəndaşdan müayinə üçün ödəniş tələb edilmir. "Leyla Medical Center”də, "Caspian İnternational Hospital”da isə müayinələr ödənişlidir. Belə ki, "Leyla Medical Center”də yoxlanış qiyməti 30 manat, "Caspian İnternational Hospital”da isə hər iki dozadan əvvəl 30 manat, yəni ümumilikdə 60 manat ödəniş tələb olunur. M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasının təqdim etdiyi altı fərqli şəhər nömrəsi ilə əlaqə saxlasaq da, hər bir nömrə eyni qaydada söndürüldüyündən zənglərimizə cavab ala bilmədik.
Əlavə edək ki, onlayn növbə götürmək istəyən hər bir vətəndaş randevu.its.gov.az portalında özəl klinikanı seçərsə, müəyyən müayinələrin ödənişli olacağı barədə xəbərdarlıqla qarşılaşır. Sözügedən xəbərdarlıqda bildirilir ki, özəl tibb müəssisəsində vaksinasiya üçün onlayn növbə götürüldükdə nəzərə alınmalıdır ki, tibb müəssisəsinin daxili qaydalarına əsasən peyvənd vurulmadan öncə tibbi müayinə tələb edilə bilər. Bu halda tibbi müayinə ödənişlidir və ətraflı məlumat üçün həmin tibb müəssisəsinə müraciət edilməlidir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar