Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda olan hansı vaksin daha yaxşıdır? - AÇIQLAMA

Tarix: 07-06-2021 12:02     Baxış: 4216 A- / A+
Azərbaycanda olan hansı vaksin daha yaxşıdır? - AÇIQLAMA


Bu gündən Azərbaycanda koronavirus əleyhinə "Pfizer” peyvəndinin tətbiqinə başlanılır. Hazırda "Pfizer”lə yanaşı, Çinin "Sinovac Biotech”, Rusiya istehsalı olan "Sputnik V” vaksinləri də istifadolunur. Bu baxımdan vətəndaşlar seçim qarşısında qalıb və hansı vaksinin daha effektli olması ilə maraqlanır.

Manevr.az-ın məlumatına görə, tibb elmləri doktoru, professor Adil Qeybulla sfera.az-a açıqlamasında deyib ki, ölkədə vaksinlərin seçimi insanların əlində deyil: "Vaksinlərin nə qədər olmasından asılı olmayaraq, onlar paylanılacaq. Ola bilər ki, kiməsə "Pfizer”, kiməsə "SinoVac” və ya "Sputnik-V” düşsün”.

Müsahibimiz hansı peyvəndin daha effektli olduğundan da söz açıb: ""Pfizer” matrisalı RNT tərkibli bir
vaksindir. Bu, biotexnologiyanın müasir üsulu ilə alınıb və effektlilik dərəcəsinə görə ən yüksək səviyyəli peyvənd hesab edilir. Amma hamıya bunun vurulma imkanı yoxdur. Çünki digər vaksinlər də var. İstifadə üçün "Pfizer” daha məqsədəuyğun olsa da, bunu imkanlar daxilində etmək mümkündür”.

Qeyd edək ki, 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. Son statistikaya əsasən, Azərbaycanda vurulan vaksinlərin ümumi sayı isə, 2 546 169, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 611 165, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 935 004 təşkil edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar