Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Antibiotiklərdən yanlış istifadənin DƏHŞƏTLİ NƏTİCƏLƏRİ

Tarix: 06-06-2021 13:24     Baxış: 4205 A- / A+
Antibiotiklərdən yanlış istifadənin DƏHŞƏTLİ NƏTİCƏLƏRİ

Alimlərin fikrincə, dünyada hər il bir və ya iki yeni yoluxucu xəstəlik ortaya çıxır. Yalnız son 30 ildə əvvəllər bilinməyən otuzdan çox patogen müəyyən edilib və onların əksəriyyəti bakteriyadır. Bəşəriyyətin ən təhlükəli son “qonaqları” koronavirusun sələfləri olan yeni viruslardır. Lakin antibiotiklərdən sui-istifadə nəticəsində başqa bir problem gündəmə gəlib - bakteriyaların antibiotiklərə qarşı müqaviməti güclənib.


Bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş infeksionisti, professor Vladimir Çulanov danışıb.

“Antibiotikə qarşı bakteriyaların müqavimətinin güclənməsi çox böyük bir qlobal problemdir. Bu, pandemiyada antibiotiklərin rasional olmayan istifadəsi ilə əlaqələndirilir. Klinik mikrobioloqların əvvəllər görmədiyi bir sıra davamlı bakteriya spektoru meydana gəlib. Antibakterial dərmanların həddindən artıq istifadəsi vəziyyəti xeyli pisləşdirir. Eyni zamanda, hökumətlər və əczaçılıq şirkətləri yeni antibiotiklərin inkişafına investisiya qoymağa tələsmirlər. Son 30 ildə belə bir dərmanın yeni sinfini görmədik. Bakteriyalar artıq mövcud antibiotiklərin əksəriyyətinə bu və ya digər dərəcədə müqavimət göstərir”, - baş infeksionist qeyd edib.

V.Çulanov inkişaf etmiş ölkələrdə davamlı bakteriya ştammlarının səbəb olduğu xəstəliklərdən ölüm hallarının artdığını vurğulayıb./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar