Sizin Reklam Burada
Xəbər lenti
05-08-2025
04-08-2025
BÜTÜN XƏBƏRLƏR

Gicitkan qanı qatılaşdırır, yoxsa durulaşdırır? - 7 həkimi əvəz edən bitki

Tarix: 28-05-2021 22:16     Baxış: 3314 A- / A+
Gicitkan qanı qatılaşdırır, yoxsa durulaşdırır? - 7 həkimi əvəz edən bitki

Gicitkanı qədimdən "7 həkimi əvəz edən"bitki adlandırırlar. Onun tərkibi bütün digər dərman otlarından fərqlənirdi.

Xüsusən may-iyun aylarında yetişən və yığılan gicitkan şəfalıdır.

Gicitkanın qana təsiri barədə miflər gəzir. Bir qrup onun qanı durulaşdırdığını, digər qrup isə əksinə qatılaşdırdığını bildirir.

Manevr.az xəbər verir ki, təzə gicitkan gövdəsi və yarpaqlarında çoxlu askorbin turşusu, yəni vitamin C vardır. O da qan durulaşdırıcı və yeniləyici xassəsi ilə tanınır.

Eləcə də gicitkanda A, B qrup vitamini, dəmir, kalsium, marqans var.

Ona görə gicitkan qanazlığı, anemiya, qanaxmadan sonrakı durumlarda qan bərpa edici kimi təsir edir.

Lakin gicitkanda həm də K vitamini vardır, o da zədələnmiş qan damarlarının bərpasında rol oynayır. Ona görə gicitkan dəmləməsi içmək və ya özünü yemək, lazımsız yerə qanın qatılaşmasına da səbəb ola bilər. Çünki 150 qram gicitkanda sutkalıq K vitamini dozası 6 dəfə çoxdur.

Gicitkandan dəmləmə hazırlayanda bura nanə, timyan və qandurulaşdırıcı başqa bitkilərdən mütləq əlavə olunmalıdır.

Gicitkan kimlərə olmaz:

- Qanı çox duru olanlara
- laxtalanma problemi olanlar
- Hamilələr

- Menstruasiya zamanı qadınlar
- Qandurulaşdırıcılar və aspirin qəbul edənlərə də olmaz, o tromb yarada bilər.

Ümumiyyətlə, qanından xəbəri olmayanlar, gicitkandan uzaq dursun. /medicina.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar