Xəbər lenti
İkinci doza vaksin gecikərsə, effektivliyi azalar? - HƏKİMDƏN AÇIQLAMA
Birinci doza ilə ikinci doza arasında bir aydan çox müddət yaranarsa, effektivlik aşağı ola bilər.
Manevr.az-ın məlumatına görə, bunu tibb elmləri doktoru Adil Qeybulla deyib. Onun sözlərinə görə, birinci doza zamanı immun sistemi stimulyasiyaya başlayır, ancaq bir müddət keçdikdən sonra bədənə daxilolmalar olmayınca, o da sakitləşir:
"Həkimlərin təyin etdiyi müddətdə ikinci doza daxil olarsa, bədəndə anticisim istehsalı sürətlənir. Ona görə dozalar arasındakı müddətə əməl etmək mühüm şərtdir”.
Xatırladaq ki, Azərbaycanda yanvar ayının 18-dən vaksinasiya prosesinə start verilib. Hazırda 18 yaşdan yuxarı şəxslərin peyvəndlənməsi həyata keçirilir.
İndiyə qədər ümumilikdə 1 863 292 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya 1 054 414, ikinci mərhələ üzrə isə 808 878 təşkil edir. /trend
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































