Xəbər lenti
Açıq havada maska məcburiyyəti ilə bağlı açıqlama
“Həkimlər yaxın məsafə istisna olmaqla, açıq havada maska taxılmasına birmənalı şəkildə qarşıdır”.
Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Vüqar Qurbanov deyib.
O bildirib ki, açıq havada maska məcburiyyətindənsə, maskadan düzgün istifadə daha əhəmiyyətlidir:
“Bu gün tətbiq olunan peyvəndlər Hindistan və Afrika ştammına təsir etməyə bilər. Buna görə də diqqətli olmaq lazımdır. Çünki bəzən peyvənd olunanlarda virusa yoluxma və hətta ölüm halları da müşahidə olunur. ÜST pandemiyanın bitməsinin anonsunu verməyənə qədər karantin və gigiyena qaydalarına riayət etməliyik.
Bu gün açıq havada maskanın taxılıb-taxılmaması müzakirə olunur. Biz həkimlər ilk gündən yaxın məsafə istisna olmaqla, açıq havada maska taxılmasına birmənalı şəkildə qarşı olmuşuq. Bəzi insanlar həftələrlə eyni maskanı istifadə edir. Belə hallarda onun açıq və ya qapalı məkanda taxılmasının heç bir mənası yoxdur. Buna görə maskadan düzgün istifadə daha əhəmiyyətlidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar