Xəbər lenti
Bu gündən Azərbaycanda "Sputnik V" ilə vaksinasiya başlayır

Bu gündən etibarən Azərbaycan vətəndaşları yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə Rusiya istehsalı olan "Sputnik V” vaksinindən də istifadə edə biləcəklər.
Manevr.az xəbər verir ki, vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində başlanılır.
Yaşı 18-dən yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.
Qeyd edək ki, Rusiya istehsalı olan “Sputnik V” vaksinləri Azərbaycana mayın 2-də gətirilib.
Martın 11-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov 300 000 doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb. Bundan sonra Azərbaycanın Səhiyyə Nazirliyi Rusiyanın istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar