Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qızlarda süd vəzilərin müayinəsi 16 yaşdan başlamalıdır- Həkimdən xəbərdarlıq

Tarix: 16-05-2021 08:39     Baxış: 4246 A- / A+
Qızlarda süd vəzilərin müayinəsi 16 yaşdan başlamalıdır- Həkimdən xəbərdarlıq


Rəsmi dünya statistikasına görə, süd vəzi xərçənginin 35% -i 18-35 yaşlı qadınlar qrupunda diaqnoz olunur. Bu ərəfədə simptomsuz gedən xəstəlik azı 6-10 il əvvəldən, yəni qızlarda yeniyetməlik dövründən başlaya bilər.

Manevr.az
medicina.az-a istinadən bildirir ki, artıq bir çox Avropa ölkələri və bu ilin aprel ayından Rusiyada 12-17 yaşlı məktəbli qızların məcburi profilaktik illik tibbi müayinələrinə süd vəzilərinin USM müayinəsinin daxil edilməsi barədə tövsiyyələr rəsmiləşəcək. Həkimlər qızlarda kistlər, mastopatiya və fibroadenoma kimi törəmələrin də yayılmasından narahatdır.

Çox yeniyetmələrdə cinsi yetişkənlik dövründə süd vəzilərində assimmetriya yaranır. Eləcə də gənc qızlarda süd vəzilərində olan hamiləlik izlərinə bənzər dəri izləri də hipotalamo - hipofizar çatışmazlıqdan xəbər verir. Ona görə cinsi yetişkənlik dövrünü keçən məktəbli qızlar ildə bir dəfə mütləq USM olunmalıdır.

Qadınlarda süd vəzi xərçənginin profilaktikası qızlarda 12 yaşından süd vəzilərə və hormonal sistemə ciddi nəzarət olunmaqla başlamalıdır. Çünki getdikcə süd vəzi xərçəngi gəncləşir, hətta 18-19 yaşlı qızlarda şiş xəstəlikləri aşkarlanır.

Ona görə də cinsi hormonal yetişkənlik dövründən etibərən analar qızlarını süd vəzilərinin müayinəsinə ildə 1 dəfə aparmalı və USM olunmalıdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar