Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Valerian" niyə yoxa çıxıb?

Tarix: 12-05-2021 20:57     Baxış: 4258 A- / A+
"Valerian" niyə yoxa çıxıb?


Son günlər Bakıda apteklərdə yenə də "Valerian” preparatı yoxa çıxıb. Paytaxtın müxtəlif ünvanlarında yerləşən apteklərə bu dərmanla bağlı müraciət edənlər əliboş qaytarılır.


Bəzi apteklərdə əczaçılar bir həftədən artıqdır dərmanın depodan məhdud sayda göndərildiyini bildirirlər. Əvəzində isə müştərilərə "Valerian”ın maye məhlulu və ya "Validol” təklif edilir.

Dərmanın niyə qəhətə çıxdığından isə əczaçılar da məlumatsızdır:

"Artıq bir həftədən çoxdur ki, valerian tapılmır. Bizə depodan limitlə - cəmi 3-4 ədəd göndərilir. Amma tələbat çoxdur, kim qabağa düşürsə, alır, qalanları əliboş qaytarırıq. Niyə tapılmamasının səbəbini isə bilmirik”.

Səhiyyə Nazirliyindən məsələ ilə bağlı "qafqazinfo”ya bildirilib ki, dərmanların aptek təminatı nazirliyə aid deyil. Bu işlə özəl şirkətlər məşğul olurlar.

Yaranmış problemlə bağlı apteklərin əsas dərman təminatçısı "Zeytun Pharmaceuticals” və” Avromed” şirkətlərinin baş ofisləri ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik.

Xatırladaq ki, "Valerian” qıtlığı ilə bağlı oxşar vəziyyət bundan əvvəl də bir neçə dəfə yaşanıb. Sonuncu dəfə bu ilin fevral ayında apteklərdə "Valerian” tapılmırdı. O zaman bu preparatın tapılmamasını dərmanın istifadə müddətinin başa çatması ilə əlaqələndirdilər.

Qeyd edək ki, "Valerian”dan ürəyində narahatlığı olan, stress və həyəcandan əziyyət çəkən şəxslər tez-tez istifadə edirlər. Dərmanın kütləvi istifadəsi həm də onun əlçatanlığı ilə izah olunur. Belə ki, içərisində 50 həb olan "Valerian” preparatı 35 qəpiyə satılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar