Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Peyvənd vurulan və antitel yaranan insan başqasını yoluxdura bilərmi? - Həkim

Tarix: 10-05-2021 22:51     Baxış: 4212 A- / A+
Peyvənd vurulan və antitel yaranan insan başqasını yoluxdura bilərmi? - Həkim

Məlumdur ki, peyvənd olunan şəxslərin orqanizmində ona qarşı antitellər yaranır.

Bunun da səbəbi peyvənd zamanı orqanizmə çox az miqdarda ölü virus yükünün daxil edilməsidir.

Lakin hər kəsdə peyvənd olunduqdan sonra antitel yaranmaya da bilər.

Bunun da müxtəlif səbəbləri var. Bununla belə, yenidən peyvənd olunaraq problemi aradan qaldırmaq olar. Antitel yaranan insanların virusa yenidən yoluxduğu halda xəstəliyi yüngül keçirməsi ilə bağlı söyləntilər var.

Belə ki, bir çox mütəxəssislər peyvənd edilən və orqanizmində antitel formalaşan şəxslərin digərləri ilə müqayisədə virusa mübarizəni daha uğurla başa vurduğu qənaətindədirlər.

Maraqlıdır ki, bəs antitel yaranan insan yoluxduqda ətrafdakıları yoluxdurmaq qabiliyyətinə malikdirmi?

Yoxsa antitel yaranan insanın yoluxdurma faizi də aşağı olur?

Manevr.az xəbər verir ki, bununla bağlı olaraq, Azərbaycan Tibb Universitetinin müəllimi, farmakoloq Aydın Əliyev cebhe.info-ya açıqlamasında bildirib ki, virus genetikasında istənilən variantlar ola bilər:

"Virus özü sərbəst yaşamır, insan hüceyrəsinə daxil olaraq, o canlının materiallarından istifadə edərək cürbəcür xəstəliklər törədir. İnsanların xəstələnməyi də immun sisteminin gücündən asılı olur. O cümlədən, başqa insanların da yoluxması həmin insanların bədəninin özlüyündən asılıdır. Burada antitel yaranan insan yoluxdurar və ya yoluxdurmaz, demək çətin məsələdir. Çünki qarşıdakı insanın orqanizmi necədir, bədəninin dözüm qabiliyyəti nə qədərdir, bunların hamısı əsas şərtdir. Tibbdə 2+2 4 etmir, bu, 5 də edə bilər, 6 da. Eynən bu məsələdə də belədir. İnsan bədənləri fərqlənir, bacı-qardaşda belə bu fərqlər var. Ona görə də bunlar prinsipcə olmur, amma nadir hallarda da olsa, belə hal yaşana bilər. Qarşıdakı insanın bədəni nə dərəcədə dözümlüdür, bundan asılıdır.

Mən həmişə müharibədən misal çəkirəm. Nə zaman adamın üstünə hücum çəkirlər? Bilirlər ki, sən zəifsən. Sən zəif olanda xəstəliklər də ola bilər. Təbii ki, antitel yaranan insanların yoluxdurma faizi də aşağı olur".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar