Xəbər lenti
Saralan dişlərə qarşı nə etmək olar?
Aparılan araşdırmalara görə, 94 faiz insanların tanış olarkən diqqət çəkən ilk şey qarşısındakının gülümsəməsidir.
Bəs saralan dişlərə qarşı nə etmək olar?
Çiyələk
Çiyələk sağlamlığa çox faydalıdır. Bir çox insan tünd rəngli meyvələrin dişlərin parlaqlığını artırdığını bilir. Amma bunları şirniyyat, cemlərin içində yemək isə dişlərinizin kirli görünməsinə səbəb ola bilər.
Biraz çiyələk və karbonatı qarışdıraraq məcun halına gətirin. Daha sonra dişlərinizi bu məcun ilə fırçalayıb, ağzınızı yaxalayın. Bu üsulla dişləriniz daha bəyaz görünəcək.
Buzlu çay
Qazlı içkilər diş minerallarını parçalaya bilər. Amma buzlu çay içmək bəyaz dişlərə sahib olmağınıza kömək edəcək. Buzlu çayların çoxu diş çürüməsinə qarşı mübarizə aparır, rəng dəyişməsinin qarşısını alar.
Üzmək
Həftədə 6 saatdan çox hovuzda vaxt keçirirsinizsə, dişlərinizdə qəhvərəngli ləkələr görə bilərsiniz. Üzdüyünüz zaman ağzınıza su girə bilər. Hovuz suyundakı kimyəvilər isə dişlərinizə ləkə sala bilər.
Qarqara
Qarqara sizə fərah bir nəfəs verəcək. Amma yenidən almazdan öncə etiketini yoxlamalısınız. Qarqara içindəki bəzi birləşmələrlə qidaların tərkibindəki maddələrlə reaksiyaya girib dişlərinizdə ləkələrə səbəb ola bilər.
Sərt diş fırçaları
Sərt bir diş fırçasından istifadə etmək dişlərinizi ağartmaz. Əslində aqressiv bir şəkildə dişləri fırçalamaq diş minasına zərər verə bilər. Bu da dişlərinizi çürüdür və daha çox ləkələr salır.
Ümumiyyətlə, diş həkimləri yumşaq bir fırçadan istifadə etməyi məsləhət görürlər. Fırçanın tükləri deformasiya olan kimi dəyişdirilməlidir.
Bəzi ədviyyatlardan istifadə etmək
Dişlərinizi bəyaz saxlamaq istəyirsinizsə, ədviyyatlardan uzaq durmalısınız. Kori kimi bəzi yüksək piqmentli ədviyyatlar dişlərinizi ləkə salar və saralda bilər. Sadə yeməklərin dadını sevmirsinizsə, yeməyinizi kəklikotu, zəncəfil və ya darçın kimi diş sağlamlığına faydalı ədviyyatlardan istifadə etməlisiniz.
Stres
Stresli olduğumuz zaman fərqində olmadan dişlərimizi sıxırıq. Bunu tez-tez təkrarlamaq dişlərinizə zərər verə bilər. Üstəlik bu baş və çənə ağrısı ilə yanaşı, diş minasını da zəiflədərək, saralmasına yol açar./medicina.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar