Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Birinci doza “Sinovac”dırsa, ikincisi fərqli ola bilər? - RƏSMİ AÇIQLAMA

Tarix: 03-05-2021 18:14     Baxış: 3278 A- / A+
Birinci doza “Sinovac”dırsa, ikincisi fərqli ola bilər? - RƏSMİ AÇIQLAMA

Məlum olduğu kimi, bu gündən Azərbaycanda COVID-19 infeksiyasına qarşı ikinci peyvəndin - “Vaxzevria”nın (“AstraZeneca” firmasının istehsalı) tətbiqinə başlanılıb. Bakı şəhəri ilə yanaşı 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq peyvənd ilkin olaraq 60 yaş və daha yuxarı şəxslərə vurulacaq. Bununla paralel yanvar ayının 18-dən etibarən ölkədə həm də “Çinin “Sinovac” firmasının “Coronavac” vaksini tətbiq olunur.

Ölkədə hər iki vaksinin tətbiqi əhali arasında bəzi suallar yaradır. Birinci dozanı “Sinovac” peyvəndindən alan şəxslər ikinci dozada “AstraZeneca” ilə peyvənd oluna bilərmi?

Manevr.az xəbər verir ki, “Qafqazinfo” bu suallara aydınlıq gətirmək üçün TƏBİB-lə əlaqə saxlayıb. Qurumdan sorğuya cavab olaraq bildirilib ki, vaksinləri qarışdırmaq olmaz: “Birinci doza hansı vaksin vurulubsa, ikinci doza da eyni vaksin vurulmalıdır”.

TƏBİB-dən həmçinin qeyd edilib ki, birinci və ikinci dozalar eyni miqdarda vurulur.

Xatırladaq ki, bu gündən tətbiqinə başlanılan “COVAX” platforması çərçivəsində Azərbaycana 84 000 doza “Vaxzevria” peyvəndi gətirilib. Buna qədər isə Azərbaycanla Çin arasında 5 milyon doza “Sinovac” firmasının “Coronavac” peyvəndinin gətirilməsilə bağlı müqavilə imzalanıb və vaksinin bir partiyası ölkəyə gətirilib. İndiyə qədər isə ölkədə hər iki dozada vaksin olunanların sayı 541 min 715 nəfərdir. Ölkə üzrə ümumilikdə 1 milyon 516 min 923 doza vaksin vurulub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar