Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Həkim: “Peyvəndin şəkərli diabetdən əziyyət çəkənlərə əks təsiri yoxdur” - VİDEO

Tarix: 30-04-2021 12:00     Baxış: 3259 A- / A+
Həkim: “Peyvəndin şəkərli diabetdən əziyyət çəkənlərə əks təsiri yoxdur” - VİDEO


“Peyvəndin qalxanabənzər vəzi, şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə əks təsiri yoxdur. Şəkər göstəriciləri normada olmayan şəxslər müalicə ilə onu normaya saldıqdan sonra peyvənd oluna bilərlər”.


Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Vüsalə Babayeva deyib. O bildirib ki, həkimlər peyvənddən əvvəl həmin şəxsləri müayinə etməlidirlər:

“COVID-19 endokrin sistemdə bir çox dəyişikliklərə səbəb olur. Yəni əvvəllər heç bir qalxanabənzər vəzi xəstəliyi olmayan şəxslər yoluxduqdan sonra hormonların yüksəkliyi şikayəti ilə müraciət edir. Həmçinin şəkərli diabet olmayan şəxslər də virusdan sonra yüksək şəkər şikayəti ilə müraciət edir”.

V. Babayeva onu da qeyd edib ki, həkim məsləhəti olmadan, özbaşına “deksametazon” istifadə edilməsinin ciddi əks təsirləri olur:

“Bu preparatı xəstəliyi yüngül keçirənlər istifadə etməməlidirlər. Çünki o, qanda şəkəri yüksəldir və nəticədə sonradan endokrin sistemdə xəstəliklər yarana bilir.

“Deksametazon”u düzgün istifadə etdikdə isə problem qeydə alınmır”.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar