Xəbər lenti
Bakıda iki məşhur xəstəxananın rəhbərləri dəyişdirildi - ŞƏKİL
1 saylı Tibbi Klinik Mərkəzin (“Semaşko") direktoru İlham Heydər oğlu Qafarov işdən çıxarılıb.
Manevr.az report-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə onun yerinə Mingəçevir Şəhər Mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov təyin olunub.
Medicina.az saytı isə Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadovun da işdən çıxarıldığını yazıb.
Bildirilib ki, TƏBBİ sədri Ramin Bayramlının əmri ilə onun yerinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov təyin olunub.
Qeyd edək ki, Telman İbadov 2020-ci il Naxçıvan Ali Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasından (YAP) deputat seçilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar