Xəbər lenti
Professor: "Cüt maska taxın"

Türkiyəli həkim, professor Osman Birol Özgümüş koronavirus əleyhinə vaksin barədə danışıb.
Professor bildirib ki, Türkiyədə iki fərqli peyvənddən istifadə olunur. Həkimin sözlərinə görə, onların virusun yoluxuculuğunun qarşısını nə qədər aldığı bilinməsə də, xəstəliyin yüngül keçməsinə kömək olduğu və ölüm riskini azaltdığı məlumdur.
Özgümüş kütləvi immunitetin təbii yolla yaranmasının mümkün olmadığını deyib: “Bunu ancaq vaksinlə edə bilərik. Əhalinin 70-75, bəlkə də, 80 faizi peyvəndlənməlidir. Gələcəkdə daha təkmil vaksinlər istehsal edəcəyik. Ancaq hazırda əlimizdə olanlardan da güvənlə, rahatlıqla istifadə edə bilərik”.
O, həmçinin karantin qaydalarına əməl olunmasının vacibliyindən danışıb:
“Qapalı yerlərdə on dəqiqədən çox qalmayın, mütləq cüt maska taxın. Maskanın keyfiyyəti çox önəmlidir. Belə ki, satışda fərqli növ maskalar var. Xahiş edirəm, Ramazan ayını evdə keçirək, sıxlıqdan uzaq duraq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar