Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Doğulduğunuz ayın xəstəliklərə İNANILMAZ TƏSİRİ - Həkim AÇIQLADI

Tarix: 22-04-2021 11:37     Baxış: 4198 A- / A+
Doğulduğunuz ayın xəstəliklərə İNANILMAZ TƏSİRİ - Həkim AÇIQLADI


Həkim və televiziya aparıcısı Aleksandr Myasnikov doğulduğumuz ayın səhhətimizə təsiri olduğunu iddia edir.

Rusiya mətbuatı xəbər verir ki, həkim müəyyən xəstəliyə tutulma riskinin doğulduğumuz aydan asılı olduğuna inanır. O, 1,5 milyondan çox insanın iştirakı ilə aparılan Amerika alimlərinin məlumatlarına istinad edib.

Myasnikov “Rusiya 1” telekanalının efirində yanvar ayında anadan olanların daha çox hipertoniya və kardiomiopatiyadan əziyyət çəkdiyini söyləyib. Fevral ayında dünyaya gələnlərdə daha çox tənəffüs sistemi ilə bağlı problemlər özünü göstərib. Mart ayında doğulanlarda ürəyin mitral klapan xəstəliyi və aritmiyaya meyilli olduğu müşahidə edilib. Aprel ayında anadan olanlar angina pektorisə meyillidirlər. May ayında anadan olan insanlar əksər hallarda aşağı çəkidən əziyyət çəkir. İyun ayında anadan olanların miokard infarktına, iyulda doğulanların isə hipertoniyaya və sidik yolu xəstəliklərinə meyilli olduqları aşkar edilib. Avqust ayında dünyaya göz açanlarda astma xəstəliyi daha çox qeydə alınıb.

Sentyabr ayında anadan olanların zəif nöqtəsi mədə-bağırsaq sistemidir. Kəskin tənəffüs yoluxucu infeksiyalar, kəskin respirator virus infeksiyaları əsasən doğum günü oktyabr ayına təsadüf edən insanlarda rast gəlinir. Koroner arteriya xəstəliyi, aritmiya və ağciyər xərçəngi noyabr ayında doğulanlar üçün əsas problemdir. Göyərmə və xəsarətlər dekabr ayında anadan olanlar üçün xarakterikdir.

Eyni zamanda, aparıcı bu məlumatların sadəcə statistik fakt olduğunu vurğulayıb./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar