Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

TƏBİB-dən peyvənd seçimi ilə bağlı AÇIQLAMA

Tarix: 21-04-2021 11:42     Baxış: 3196 A- / A+
TƏBİB-dən peyvənd seçimi ilə bağlı AÇIQLAMA


Hazırda Azərbaycanda vaksinasiya “Sinovac” şirkətinin “Coronavac” vaksinləri ilə aparılır.
Bununla yanaşı Səhiyyə Nazirliyi yaxın zamanda Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndinin ölkəyə gətirilməsinin təmin olunacağını açıqlamışdı.

Həmçinin, Azərbaycan səhiyyə nazirinin müavini Viktor Qasımov aprelin 1-də verdiyi açıqlamada söyləyib ki, ilkin mərhələdə Koreyadan Azərbaycana “AztraZeneca” şirkətinə məxsus 84000 doza vaksin göndəriləcək. O həmçinin bildirib ki, 8 həftə ərzində Azərbaycana 218790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq.

Manevr.az
xəbər verir ki, ölkə.az sözügedən peyvəndlərin Azərbaycana gətirilib-gətirilməməsi və bu peyvəndlərin tətbiqi ilə bağlı Tibbi Ərazi Bölmələrinin idarəetmə Birliyinə (TƏBİB) sorğu göndərsə də, bu barədə hər hansı bir məlumat verilməyib.

Digər tərəfdən adıçəkilən peyvəndlərin tətbiqinə başlanılarkən vətəndaşlara seçim haqqı verilib-verilməməsi də sual altındadır.

Görəsən, peyvənd vurdurmaq könüllü olduğu kimi, hansı peyvəndi seçmək məsələsində də könüllülük prinsipi tətbiq olunacaqmı?

Yəni hər hansı vətəndaş ABŞ və ya Rusiya peyvəndi vurdurmaqdan imtina edərsə, bu halda ona digər ölkənin peyvəndi alternativ kimi təqdim ediləcəkmi?

Bu suallara cavab olaraq TƏBİB-dən “Ölkə.az”ın sorğusuna cavab olaraq bildirilib ki, seçim sərbəstdir: “Vətəndaşların peyvənd seçimi sərbəstdir”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar