Xəbər lenti 
					
 
		Ən faydalı içki - Sarıkök suyu

Sağlamlıq baxımından faydalı olan sarıkökün faydaları danılmazdır. Antioksidan təsiri, yaşlandırmanı gecikdirməsi, iltihab əleyhinə effektli olması bunlardan bəziləridir.
Manevr.az lent.az-a istinadən bildirir ki, sarıkökün tərkibindəki "kürkümin" adlı aktiv üzvi birləşmənin isə çoxlu sayda faydası var və buna görə sarıkök suyu içə biləcəyiniz ən faydalı içkidir.
Sarıkök suyunun hazırlanması:
Bir stəkan ilıq suya bir çay qaşığı üyüdülmüş sarıkök ilə birlikdə bir çimdik istiot əlavə edin. Qarışımı o dəqiqə için.
Sarıkök suyu hər səhər içilməlidir və sağlıq baxımından faydaları isə bunlardır:
- Tənəffüs yolu xəstəlikləri, astma, bronxit, sinuzit üçün faydalıdır.
- Sütun xərçəngində mükəmməl effektləri var.
- Katarakt yaranmasının qarşısını alır.
- Qaraciyəri gücləndirir.
- İflicə də təsirlidir.
- Mədədə köp dağıdıcıdır.
- Sarılıqda effektlidir.
- Qansızlığın qarşısını alır.
- Daş yaranmasının qarşısını alır, sidik yolu və dalaq xəstəliklərində effektlidir.
- Xolesterolu çox tez aşağı salır.
- Ürək sağlığını dəstəkləyir.
- Sarıkökün tərkibindəki kürkümin maddəsi damarlardakı düyünləri yox edir və qan laxtasının yaranmasının qarşısını alır.
- Tip 2 şəkər xəstəliyinin müalicəsində effektlidir.
- Beyni qoruyur. Alimlərin fikrincə böyümə hormonunun aşağı səviyyədə olması (BDNF), yaddaşsızlıq və huşsuzluqla bağlıdır. Sarıkökün tərkibində olan kürkümin maddəsi isə bu hormonun səviyyəsinə nəzarət edir, yaşla bağlı beyin xəstəliklərini əngəlləyir.
- Güclü antioksidan olduğundan kürkümin xərçəngin qarşısını alır.
- Şişkinliyi, ağrını müalicə etməkdə effektlidir.
- Həzmi tənzimləyir. Sarıkökü davamlı yemək həzmi yaxşılaşdırır.
- Öd kisəsinin funksiyalarını yaxşılaşdırır, qaraciyəri toksinlərin təhlükəli nəticələrindən qoruyur və fəsadlı qaraciyər hüceyrələrini yaxşı şəkildə yeniləyir.
- Yaşlanmanı yavaşladır, uzun ömrü dəstəkləyir.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















