Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Nə vaxtsa koronavirusa yoluxub sağaldığınızı necə bilməli? - Əlamətlər

Tarix: 19-04-2021 08:42     Baxış: 3234 A- / A+
Nə vaxtsa koronavirusa yoluxub sağaldığınızı necə bilməli? - Əlamətlər


Hazırda virusa yoluxmayan insanların azı 20% -i son yarım ildə özləri də bilmədən koronavirusu keçirib. Bunu peyvənddən öncə antitel analizi verib, qanlarında koronaya qarşı anticisim olduğunu görən insanların çoxluğu göstərir.

Lakin çox insan bundan xəbərsizdir. Ona görə bəzi insanlar antitel analizi verdikdə, onlarda virusu keçirdikləri üzə çıxır.

Manevr.az
xəbər verir ki, Oksford universitetinin alimləri bəzi əlamətlərə görə insanın koronavirus keçirdiyini bilməyin mümkün olduğunu açıqlayıb.

Belə ki, sonradan antitel analizi verib müsbət çıxan assipmtomatik xəstələr aşağıdakı simptomları keçirdiklərini, lakin bunun koronadan olduğunu bilmədiklərini etiraf edib.

Siz də bu simptomlara əsasən koronavirus keçirib –keçirmədiyinizi təxmin edə bilərsiz.

- Qarında ağrı, sancı

Koronavirusun əsas simptomlarından biri. Daha çox virus mədə ilə həzm yollarına düşdükdə, öskürəksiz xəstələrdə olur. Eləcə də ağciyərlərin aşağı payı iltihablaşanda qarın, mədə hissədə ağrı olur.

- Bir neçə gün ishal

Səbəbsiz və kəsilməyən diareya, ishal gözlənilmədən insanı yaxalayır. Qidalanması normal olsa da xəstə koronadan şübhələnməsə də bir neçə gün bununla mübarizə aparır.

- Gözlərdə irin, qızarma, konyuktivit

Gözlər ayrıca, müstəqil olaraq koronavirusa yoluxub, iltihablaşa bilər.

Elə bilməyin ki, gözünüzə nəsə düşüb, ya çirk edib. Bu sadəcə koronavirus ola bilər və bununla da bitər.

- Ağız dadının dəyişməsi

Ağızda dadın tam itməsi birbaşa simptom olsa da, ağızda qəribə tam yaranması və yeməklərdən zövq almama da koronavirusun oyunu ola bilər. Buna da fikir vermirlər.

- Səbəbsiz yorğunluq, halsızlıq

Əgər bir neçə gün və ya bir həftə səbəbsiz yorğunluq, halsızlıq, bədəndə süstlük hiss edib, heç bir test vermədiz, qızdırma olmadan sonradan düzəlmisizsə, bu da gizli keçirilmiş koronavirusun əlaməti ola bilər.

Sizdə bu sadalananlardan bir və ya bir neçə əlamət yaxın bir neçə ayda baş veribsə, koronavirus barədə düşünməyə və ürəyinizdən keçərsə, son nöqtəni qoymaq üçün bir antitel analizi verməyə dəyər. Ola bilər ki, analizin cavabı sizi heyrətləndirsin! /medicina.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar