Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Türk professordan XƏBƏRDARLIQ: Bu şəxslər oruc tutmasın

Tarix: 18-04-2021 18:54     Baxış: 4190 A- / A+
Türk professordan XƏBƏRDARLIQ: Bu şəxslər oruc tutmasın

Türkiyəli professor Birol Özer mədə-bağırsaq xəstəlikləri olan insanlara oruc tutmaqla bağlı bir sıra tövsiyələrini verib.

Manevr.az xəbər verir ki, professor bu xəstəliyi olan insanlarin oruc tutmazdan əvvəl həkimləri ilə məsləhətləşməli olduqlarını bildirib.

Professor oruc tutanlarda tutmayanlara nisbətdə qəbizlik, retrosternal yanma, halsızlıq, baş ağrısı və ağırlığın daha çox olduğunu və müalicəyə uyğunlaşma, mədə-bağırsaq şikayətlərində artım və qanaxmanın daha çox müşahidə edildiyini qeyd edib.

"Mədə-bağırsaq şikayətlərinin artmasında istehlak edilən qidaların tərkibi də rol oynayır. Tərkibində yüksək yağ olan qidalar sahur üçün uyğun deyil. Sahur yeməyində 70 faizdən çox karbohidrat istehlak etmək gündüz aclığa səbəb ola bilər. Şirin qidalar daha çox aclıq təsiri göstərir. Səhər saatlarında yüksək yağlı, qızardılmış qidaların istehlakı gün ərzində 1500 milliqramdan çox duz, 1000 Kkal-dan çox yemək və həddindən artıq fiziki aktivlik susuzluğu artırır. Susuzluq və aclığın qarşısını almaq üçün sahurda iki porsiyon meyvə-tərəvəz, tam buğda unundan çörək və kifayət qədər maye istehlak edilməlidir. Həddindən artıq şirniyyat yemək, yağın miqdarının 40 qramdan çox olması ağırlıq və şişkinlik hissinə səbəb olur. Qəbizliyin qarşısını almaq üçün lifli qidalar, tam taxıl məhsulları, çoxlu maye, meyvə və salat istehlak edilməlidir", - mütəxəssis qeyd edib.

İftarda yüksək həcmli qida qəbulunun mədə-bağırsaqla bağlı şikayətləri artırdığına diqqət çəkən Özer buna mədənin boş olduğu müddətdən sonra yağlı qidaların, xüsusilə də 45 qramdan çox yağ istehlakının səbəb olduğunu bildirib.

Mütəxəssisin sözlərinə görə, Ramazan ayında oruc tutanlarda mədə xorası xəstəliyinə daha çox rast gəlinir: "Xəstənin əvvəllər mədə şikayətləri varsa, müayinə olunmalı və müalicə edilməlidir. Mədə şikayətləri olanlar xəstəliyinin şiddətinə görə həkimləri tərəfindən tövsiyə olunan antasid dərmanlardan istifadə edə bilərlər. Helikobakter pilori pozitiv xorası olan şəxslərin Ramazandan əvvəl müayinə və müalicəsi tövsiyə olunur. Ülseratif kolit və ya Crohn xəstəliyi kimi iltihablı bağırsaq xəstəliyi olan şəxslərin isə xəstəliyin aktiv dövründə oruc tutmaları tövsiyə edilmir. Ancaq dərmanlarını mütəmadi olaraq istifadə etmələri şərtilə xəstəliyin azaldığı dövrlərdə oruc tuta bilərlər", - professor qeyd edib./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar