Sizin Reklam Burada
Xəbər lenti
05-08-2025
BÜTÜN XƏBƏRLƏR

Professor: “Bundan sonra yoluxma azalacaq”

Tarix: 15-04-2021 23:05     Baxış: 4200 A- / A+
Professor: “Bundan sonra yoluxma azalacaq”


"Azərbaycanda koronavirusa yoluxma artıb. Artıq gündəlik yoluxma sayı iki minin üzərindədir”.


Manevr.az xəbər verir ki, bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov "REAL İntervyu”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, bir müddət əvvəl çox həyəcanlı vəziyyət yaranmışdı:

"Sanki hər gün yoluxma artımı davam edirdi. Hətta 2700-ə çatmışdı. Sözsüz ki, bu hamını narahat edirdi. Son günlər yoluxma sayının 2200-2500 arasında dəyişməsinin şahidi oluruq.

Yoluxma sayının artmasında bir stabilləşmə var. Bu bizi bir qədər sakitləşdirir. Əslində, epidemiyanın özünün bir qanunauyğunluğu var. Bunu əvvəllər də demişik.

Yoluxma sayları əvvəlcə artma tempində davam edir. Pik həddinə çatır. Sonra pik vəziyyətində müəyyən müddət qalır və yoluxma sayları azalmağa başlayır.

Hazırda üçüncü dalğa dediyimiz vəziyyətin pik həddini yaşayırıq. Çünki yoluxma saylarında gündəlik artım, demək olar ki, yoxdur. Bir qədər stabilləşmə var. gözləntilərimiz özünü doğrultsa, gündəlik yoluxma sayı artmasa, bir müddət sonra bu sayın azalmasını müşahidə edəcəyik”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar