Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Oruc tutmaq koronavirusa yoluxmaq ehtimalını artırır?

Tarix: 13-04-2021 10:25     Baxış: 2168 A- / A+
Oruc tutmaq koronavirusa yoluxmaq ehtimalını artırır?


Oruc tutan şəxslərin imsak etməsi və imsakdan yarım saat əvvəl 4-5 stəkan su içməsi lazımdır.

Manevr.az xəbər verir ki, bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında həkim-dietoloq Leyla Zülfüqarova deyib.

O bildirib ki, doğru qidanlanmazlarsa, oruc tutanların səhhətində problemlər yarana bilər:

“Ramazan ayında oruc tutanların orqanizminin təmizlənməsi prosesi baş verir. Lakin düzgün qidanlanmasalar, onun ziyanları ortaya çıxa bilər. Orqanizmdə fəsadlar yaranmamasın deyə imsakda doymamış yağ turşularının qəbul edilməsi vacibdir. Bunun üçün günaşırı olaraq qoz, fındıq, badam kimi çərəzlər və 1-2 dilim çovdar çörəyi ilə 20 qram kərə yağı qəbul edilə bilər.

Xurma isə əslində iftar zamanı deyil, imsakda qəbul edilməlidir. Çünki o, orqanizmin ehtiyac duyduğu şəkərin 80 faizini ödəyir. Buna görə səhərlər xurmadan istifadə edənlərin iftarda onu yeməsinə ehtiyac yoxdur.

Həmçinin onu da qeyd edim ki, imsakdan dərhal sonra yatmaq insan səhhətinə ziyandır. Yaxşı olar ki, imsaka duranlar yemək yedikdən yarım saat sonra yatsınlar.

İftarda isə ərik, gavalı və alma qurusu mütləq istifadə edilməlidir. Bu, həm oruc tutanları tox tutacaq, həm də orqanizmin vacib maddələrə olan ehtiyacını ödəyəcək”.

L. Zülfüqarova onu da bildirib ki, oruc tutanlar doğru qidalanmasalar, bu, onların koronavirusa yoluxma ehtimalına təsir edə bilər:

“Oruc tutanların doğru, yəni imsak və iftarda düzgün qidalanması onların immun sisteminin güclü olması üçün kifayətdir. İmmun sistemi üçün vacib olan vitamin D-ni günəş və qidalarla ala bilərik. Qidalarda bu vitamini dəniz məhsulları, yumurta, kərə yağı və süd məhsulları vasitəsi ilə almaq mümkündür. Həmçinin sink və vitamin C çərəzlər, dəniz məhsulları vasitəsi ilə alına bilər”. /modern.az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar