Xəbər lenti
“Valerian“ Azərbaycan apteklərindən niyə yığışdırılıb?
Bir aydır ki, ölkə apteklərində "Valerian" dərmanı yığışdırılıb.
Manevr.az xəbər verir ki, bu barədə qaynarinfo-ya oxucular məlumat verib. Oxucular ürək-damar və sinir, əsəb sistemi xəstəliyi olan xəstələrin sevimli vasitələri olan "Valerian”ı apteklərdə tapmadıqlarını bildirib.
Məlumatı dəqiqləşdirmək üçün paytaxt apteklərinin bir neçəsi ilə əlaqə saxladıq.
"Zəfəran”, "Həyat, AVIS, "Elit” apteklər şəbəkəsindən "Valerian” dərmanlarının satışda olmadığını bildirdilər:
"Bir ay olar ki, "Valerian” dərmanı satışda yoxdur. Dərmanın nə üçün satışdan yığışdırılması səbəbini bilmirik. Amma "Valerian” dərmanını hər gün onlarla xəstə soruşur. Dərman DEPO-da da yoxdur”.
Məsələ ilə əlaqədar dəfələrlə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin telefonunu yığsaq da, Pərviz Abubəkirovun səsini eşitmək arzumuz həmişəki kimi gözümüzdə qaldı.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı isə problemdən xəbərsiz olduğunu desə də, məsələni komitənin iclasında qaldıracağını da vurğuladı:
"Bu, bir başa Səhiyyə Nazirliyinə aid olan məsələdir. İndi mən bir neçə aptekə zəng edərəm. Əgər "Valerian” dərmanı olmasa, Səhiyyə Komitəsinin növbəti iclasında bu məsələni qaldıraram”.
Professor Adil Qeybulla isə qaynarinfo-ya açıqlamasında bildirib ki, istəlinən bir dərman dövriyyədən çıxarılanda əhaliyyə məlumat verilməlidir:
"Dərman Maddələrinin Dövlət Reyisti normal aparılmadığından bilinmir ki, bu ölkəyə hansı dərmanın icazəsi var, hansının yoxdur. Belə bir vəziyyətlə üz-üzəyik. Görürsünüz ki, daim öyrəşdiyimiz dərman yoxa çıxır, yenisi peyda olur. Əslində bunlar dərman bazarında olan anormal durumdur. Hansısa bir dərman dövriyyədən çıxarılırsa, bununla bağlı xalqa izahat verilməlidir. Dərman nəyə görə dövriyyədən çıxarılıb? Hansısa dərman dövriyyəyə girirsə, yenə də əhali məlumatlandırılmalıdır. Bunlar ciddi məsələlədir və əhalinin narazılığına səbəb olur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar