Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Açıq havada maska taxmaq tam absurddur" — Professor

Tarix: 11-04-2021 22:10     Baxış: 4288 A- / A+
"Açıq havada maska taxmaq tam absurddur" — Professor

"Açıq havada maska taxmaq tam absurddur".

Manevr.az xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla musavat.com-a açıqlamasında bildirib. Professor sosial şəbəkələrdə, ictimaiyyət arasında açıq havada maska taxmaq məsələsi ilə bağlı aparılan müzakirələrə bu cür mövqe bildirib:

"Görürük ki, açıq havada maska taxmaq tələbinə qarşı etirazlar var. Məsələ burasındadır ki, qapalı mühitdə maska taxmaq şərtdir. Lakin restoranlarda, kafelərdə insanlar saatlarla maskasız oturub yemək yeyir, əylənir, söhbət edir, lakin çölə çıxanda maska geyinmək tələb olunur ki, bu da tam absurddur. Əgər insanların qapalı mühitdə maska taxmamaq imkanı varsa, onlar necə açıq havada maska geyinə bilər? Açıq havada yoluxma riski daha azdır, nəinki qapalı mühitdə. Bu baxımdan insanların etirazı məntiqli görünür".

Professor qeyd edib ki, bütün bunları nəzərə alaraq, karantin tədbirlərinə yenidən baxıb, bəzi nüansları nəzərə almaq, korreksiya işi aparmaq lazımdır.

Adil Qeybulla həmçinin bildirib ki, hazırki epidemioloji vəziyyəti nəzərə alaraq, karantin qaydalarında müəyyən dəyişikliklər edilə bilər:
"Əgər vəziyyət getdikcə pisləşərsə müəyyən məhdudiyyətlər yenidən qayıda bilər. Lakin bir daha qeyd edirəm ki, yay aylarına doğru açıq havada maska taxmaq məsələsində diqqətli olmaq lazımdır. İnsanlar sanki artıq bundan bezib".

Professor pandemiya dönəmində oruc tutmaqda da danışaraq deyib ki, əslində oruc tutmaq bütün nəfslər üzərində bir nəzarət deməkdir: "Bu çox mükəmməl bir dini ayindir və hesab edirəm ki, onu icra edənlər psixoloji olaraq tam hazır olmalıdırlar. Xüsusilə də risk qrupu altında olanlar və yaxud yanaşı xəstəliyi olanlar bu dövrdə oruc tutmaqdan azaddırlar.

Lakin sağlam insanlar oruc tuta bilərlər, bu şərtlə ki, normal və keyfiyyətli şəkildə qidalansınlar. Xəstələndikləri təqdirdə isə dərhal müalicəyə başlamalıdırlar. Yəni, koronavirus xəstəliyini keçirməyənlər, sağlam insanlar praktiki olaraq, oruc tuta bilərlər. Digər hallarda məqsədəuyğun deyil. Çünki pandemiya boyu onlar öz sağlamlıqlarını gözləməlidirlər.

Onu da xatırladım ki, Ramazan bayramında kütləvi ayinlərin, o cümlədən məscidlərdə kütləvi namazın qılınması yolverilməzdir. Bunu onlayn və yaxud fərdi şəkildə həyata keçirmək lazımdır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar