Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

18 illik yüksək təzyiqdən 1 həftəyə necə xilas oldu- Real təcrübə

Tarix: 10-04-2021 22:41     Baxış: 4145 A- / A+
18 illik yüksək təzyiqdən 1 həftəyə necə xilas oldu- Real təcrübə

Əgər hələ də yüksək təzyiqdən necə xilas olacağınızı bilmirsizsə, bu real təcrübə köməyinizə gələ bilər. Yüksək təzyiq gənc yaşlardan başlaya bilər və getdikcə çox vacib damarları zədələyir. Bədəndə qan dövranı pozulanda əsas orqanlar sıradan çıxır.

Manevr.azMedicina.az xəbər verir ki, Rusiyada 30 illik təzyiq xəstəsi dərman müalicəsi ilə belə təzyiqi sala bilmədiyindən sovet dövründəki həkimlərin ürək, böyrək xəstələri üçün təyin etdiyi duzsuz pəhriz, 7 və 10 nömrəli pəhrizlərə başlayır.

“Təzyiqi müalicə etmək üçün möcüzə tablet yoxdur, dərman atsanız da təzyiq ram olmaya bilər. Xəstə nə qədər çox dərman qəbul edirsə, bir o qədər orqanizmin ömrünü qısaldır. Mən təzyiq dərmanı ilə yanaşı ürək-damarlar üçün tabletlər, sidikqovucular içirdim.

Dəfələrlə həkim dieta da saxla desə də, konkret hansı dietadan söz getdiyini demir, mən də yeməyimdən qalmırdım.

Son 1 ildə təzyiq dərmanım belə təzyiqi salmırdı, günlərlə başım gicəllənir, ürəkdə tutmalar olur, təcili yardım çağırır, belə yaşamaqdan bezmişdim.

Mən duzsuz qidalanmağa keçdim. Rasiondan duzu çıxartdım.

Buna öyrəşmək ilk günlər çox çətin idi, amma getdikcə toyuq da, ət də, salatlar da duzsuz da dadlı gəlirdi. Şorbaları quru və təzə göyərti, ədviyyatlarla dadlandırdım.
Menyuya paxlalar, yarmalar daxil etdim.

3 gündən sonra ilk təsiri hiss etdim: axşama kimi ayaqlarım şişmirdi, başımdakı ağrı və təzyiq itdi.

İnsan zamanla yüksək təzyiqə elə uyğunlaşır ki, başında, gözündəki o təzyiqi hiss etmirsən, bədən birtəhər özünü tənzimləyir və adama elə gəlir ki, normal gəzir, oturur. Həmin vaxt isə təzyiqin 160, 180 ola bilər.

İndi isə təzyiqim 140-dan yuxarı qalxmır, bir az yüksələn kimi dərhal hiss edirəm. Bu da o zaman baş verir ki, mən qonaq gedirəm, restoranda, kafedə yeyirəm, orqanizmə duz daxil olur.

Bu qidalanma ilə bir ay sonra mən demək olar, çox dərmanlardan imtina etdim, cəmi bir təzyiq dərmanım qaldı.
Bu dietaya keçəndən sonra bədəndə yüngüllük, enerji, güc artdı.

Əgər siz də uzun illərin təzyiqindən və onun gətirdiyi fəsadlardan xilas olmaq istəyirsizsə, duzu ləğv edin. İnternetdən sovet dövrünün 7 və 10 nömrəli stol pəhrizini axtarıb riayət edin”.

Manevr.az
18 illik yüksək təzyiqdən 1 həftəyə necə xilas oldu- Real təcrübə

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar