Xəbər lenti
"Koronavirus xəstələrinin çoxusuna heç bir dərman və KT lazım deyil" - Həkim
Tanınmış rusiyalı həkim nevroloq Natalya Tereşenko koronavirus xəstələrinin çoxuna dərman lazım olmadığını bildirib.
Manevr.az xəbər verir ki, o öz timsalında xəstə insana əslində nə lazım olduğunu yazıb.
"Çoxlarına heç bir dərman lazım deyil. Evdə yataq rejimində uzanmaq, çoxlu maye içmək, lazım gələrsə hərarəti parasetamol ilə salmaq həqiqətən kifayət edir".
Ağciyərlərin vəziyyətini yoxlamaq üçün pulsoksimetr olsa yaxşı olar. Ya da 1 dəqiqə ərzində tənəffüs hərəkətlərinizi sayın. Dəqiqədə 14-20 arası tənəffüs olursa normaldır. Əgər 22-ni keçirsə, təcili yardım çağırmaq vaxtıdır.
Ciddi təngnəfəslikdə və saturasiya 94-ə düşdükdə ağciyərlərin KT-sini də etmək lazımdır.
Xəstəliyin başlanğıcında heç bir xüsusi virus və ya digər dərmanlara ehtiyac yoxdur.
"Sadəcə sakitliyinizi qoruyun, antibiotik, tapılmayan, yalnız xəstəxanalarda olan dərmanları axtarmağa gərək yoxdur. Onlar virus infeksiyasında sizə heç bir kömək etməyəcək. Koronavirusda lazım olan dərman koaqulyantlardır. Onu isə evdə yüngül xəstələrə yox, xəstəxanada orya ağır xəstələrə edirlər".
Həkim yüngül formada antiaqreqantları içməyi tövsiyə edib: məsələn, kardio maqnil.
Onlar qanın laxtalanması və tromb əleyhinədir.
Heç bir immunitet dərmanı, immunstimulyatorlar lazım deyil. Bu dərmanlar kəskin immun cavab yaradıb, sitoken tufanına səbəb ola bilər". /medicina.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar