Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Boğazda quruluq nəyin əlaməti sayılır?

Tarix: 08-04-2021 17:40     Baxış: 4191 A- / A+
Boğazda quruluq nəyin əlaməti sayılır?


Terapevtlər boğazda quruluğun müxəlif xəstəliklər səbəbindən əmələ gəldiyini deyirlər. Onların sözlərinə görə bu adi infeksiya xəstəliyindən tutmuş, ağır xəstəliklərin belə patoloji əlaməti hesab edilə bilər. Dizqnozu mütləq həkim təyin edir, amma boğazda quruluğa hansı xəstəliklərin səbəb ola biləcəyini mən sizlərlə bölüşmək istəyirəm.

1. Boğazda quruluğun əmələ gəlməsinə yuxarı tənəffüs yollarının infeksiya xəstəlikləri səbəb ola bilir. Bu zaman boğazda quruluq hissi ilə birlikdə udma zamanı ağrı hissi də olur. Bu səbəbdən əmələ gələn quruluq hissini aradan qaldırmaq üçün boğazı qarqara eləmək lazımdır. İnfeksiya xəstəlikləri səbəbindən əmələ gələn quruluq hissi xəstəlik sağaldıqdan sonra itib gedir.

2. Həddindən artıq siqaret çəkmə zamanı da boğaz quruyur. Bu zaman quru və xırıltılı öskürək müşayiət edilir. Boğazın quruluğunu siqaretin tərkibində olan toksiki maddələr əmələ gətirir. Belə quruluq hissi xəstədə məcburi öskürəyə səbəb olur.

3. Ağızla nəfəs alma boğazda quruluq hissi yaradır. Buna səbəb ağız vasitəsilə dolan havanın boğazı qurutması olur.

4. Susuzlaşma boğazda quruluq hissi yaradan səbəblərdən biridir. Bu bəzi insanlarda isti havalarda evdən çıxarkən su içmədikdə baş verir. Əlaməti aradan qaldırmaq üçün qazsız adi su içmək lazımdır.

5. Boğazda quruluq hissinin olması şəkər xəstəliyin əlamətlərindən biri sayılır. Əgər sizin tez-tez boğazınızda quruluq hissi olursa, mütləq həkimə müraciət edin və ya qanınızın analizini verərək şəkərinizi yoxladın./milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar