Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Vaksin sonsuzluğa səbəb ola bilər? - Həkim açıqladı

Tarix: 08-04-2021 15:44     Baxış: 4172 A- / A+
Vaksin sonsuzluğa səbəb ola bilər? - Həkim açıqladı


Yoluxma sayı artdıqca ağırlaşan xəstələrin və ölənlərin sayı çoxalır. Reanimasiyaya yerləşdirilən xəstələrin vəziyyətinin nə zaman düzələcəyi və stasionara veriləcəyini bilmirik. Odur ki, ölüm riski yüksəkdir.

Bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi Qrupunun rəhbəri Vasif Əliyev deyib. O bildirib ki, xəstəliyin yayılmasının digər bir səbəbi həm də infeksiyanı asimptomatik keçirən insanların çoxalması ilə izah etmək olar:

Vaksin sonsuzluğa səbəb ola bilər? - Həkim açıqladı


“İnsanlar özünü qorumalıdır, vəziyyəti nəzarətdə saxlamağın əsas yolu virusa yoluxmamaq, onun arealını lokallaşdırmaqdır. Əgər yoluxma baş verərsə və xəstənin vəziyyəti ağırlaşarsa, mütləqdir ki, müayinə peşəkar həkimlər tərəfindən aparılsın. Unutmamaq lazımdır ki, müalicə hər bir xəstənin yaşı, mövcud xəstəliklərinə və həyat tərzinə görə aparılır. Xəstəliyin spesefik müalicəsi olmasa da, günümüzdə antiviral dərmanlardan istifadə olunur. İlkin məhrələdə anbiotiklərin istifadəsinə gərək yoxdur, bəzi xəstələrdə yanlışlıqla istifadə olunur və ağır nəticələrə gətirib çıxarır. Koronavirusun müalicəsində antibiotiklərin hər hansı faydası yoxdur. Antibiotiklərdən ancaq gecikmiş dönəmdə yanaşı bakterial ağırlaşma olarsa və xəstəxanaya yerləşdirilərsə istifadə oluna bilər. Steroidlərin də ilkin dönəmdə qəbul edilməsi səhvdir. Çünki steroid bədən müqavimətini zəiflədir. Steroidlərdən ancaq gələcəkdə fibrozun qarşısını almaq üçün istifadə edilir. Bu da xəstəliyin sonrakı dövrünə təsadüf edir”.

Həkim qeyd edib ki, risk qrupuna daxil olan şəxslər birinci növbədə vaksin olunmalıdır:

“Buraya yaşlılar, oknoloji xəstələr, xroniki böyrək, qaraciyər və ya çatışmazlığı, şəkər xəstəliyi olan insanlar daxildir. Vaksinin bu insanlara hər hansı əks göstərişi yoxdur. Hər zaman səhhətində problem olan insanlar vaksinlə bağlı suallar verir. Əslində birinci növbədə o insanlar vurdurmalıdır. Çünki onlarda xəstəliyin ağırlaşama riski daha yüksəkdir. Bilirik ki, Azərbaycanda inaktivləşdirilmiş vaksindən istifadə olunur. Bunlar canlı vaksinlər deyillər. Şok allergik reaksiyalar verən insanlara, hamilələrə və 18 yaşdan aşağı olan uşaqlara vaksin vurulması tövsiyə olunmur. Allergiyası olan xəstələrə xüsusilə diqqətli olmaq lazımdır. Bunun xaricində 18 yaşına qədər olan hər kəsə peyvənd olunmaq tövsiyə olunur.

Bu peyvəndlərdən bütün dünyada istifadə olunur, odur ki, ciddi narahatlığa əsas yoxdur. Xəstəliyin qorunmasında yeganə, təhlükəsiz və ən uğurlu yol vaksinləşmədir. Azərbaycanda istifadə edilən peyvəndlər Çin istehsalıdır, qonşu Türkiyədə də eyni peyvəndlərdən istifadə olunub. Məqsəd sadəcə xəstəliyi lokallaşdırmaqdır. İnsanlar hələ də peyvəndlərin zərərli təsirləri ola biləcəyindən narahatdır. Hətta sonsuzluğa səbəb ola biləcəyinə dair fikirlər səsləndirilir. Bu peyvəndlərin kütləvi istehsalına bir neçə aydır ki, başlanılıb, nə zaman sonsuzluğa səbəb oldu ki, artıq insanlar bundan qorxmağa başladı? Bəzi sualların çox məntiqi izahı belə yoxdur. Koronavirusa qarşı peyvəndlər sonsuzluğa səbəb olmur”./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar