Xəbər lenti
Gülü hamını aldatdı - TESTİN ŞƏKLİ

Xalq artisti Rafiq (Rəmiş) Hüseynovun və həyat yoldaşı Gülşən (Gülü) Hüseynovanın koronavirusa yoluxmasına dair rəsmi faktlar əldə edilib.
Manevr.az bildirir ki, Bakı Sağlamlıq Mərkəzindən Lent.az-a verilən məlumata görə, onların koronavirusa yoluxmuş Gülü Hüseynovanı məcburi xəstənaya cəlb etmək səlahiyyətləri yoxdur.
“Gülü Hüseynova koronavirus xəstəsidir və onun insanlar üçün təhlükəli olması barədə TƏBİB-ə məlumat verilib. Məlumatda COVİD -19 xəstəsinin xəstəxananı tərk etdiyi bildirilib. Həm bizim xəstəxanada, həm də TƏBİB-in klinikalarında Xalq artisitinin və həyat yoldaşının koronavirus testi müsbət çıxıb. Hər ikisi COVİD xəstəsi olub və xəstəxananın COVİD bölməsinə yerləşdiriliblər”.
Mərkəzdən həmçinin bildirilib ki, Rəmiş bəy vəfat edən zaman biz Gülü xanıma “Xəstəxananı tərk edə bilməzsiniz”, dedik:
“Amma həmin an Xalq artisinin həyat yoldaşı sərt reaksiya verərək xəstəxana rəsmilərini dinləmədən tərk elədi. Klinik olaraq Gülü xanım ağır koronavirus xəstəsi deyil. Lakin buna baxmayaraq, təcili şəkildə aidiyyəti qurumlara, TƏBİB-ə xəbər verdik ki, COVİD -19 xəstəsi xəstəxananı tərk edib.
Bakı Sağlamlıq Mərkəzindən o da bildirilib ki, mart ayının 27-də Rəmiş və Gülüdən Bakı Sağlamlıq Mərkəzində yaxmalar və analiz götürülüb. Cavab müsbət çıxıb:
“Biz daha dəqiq nəticə əldə etmək üçün martın 29 və aprelin 3-də götürülən yaxma və analizi TƏBİB-in “Yeni klinika”-sına göndərdik. Cavab yenidən müsbət çıxdı”.
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar