Xəbər lenti
Koronavirusla bağlı BƏDBİN PROQNOZ: Proses 2024-cü ilədək davam edəcək...
Bu gün bütün dünyanı maraqlandıran suallardan biri də peyvəndlənmə proesinin nə qədər davam edəcəyidir.
"World in Data" xəbər verir ki, hazırda 138 ölkədə təxminən 565 milyon dozada peyvəndlənmə həyata keçirilib. Bir gün ərzində isə 13.9 milyon insan peyvəndlənib.
Bu rəqəmlər ilk baxışda yüksək görünür. Lakin 7.8 milyardlıq dünya əhalisi üçün bu rəqəm çox cüzidir. Odur ki, mütəxəssislər peyvəndləmə prosesinin daha uzun sürəcəyini proqnozlaşdırırlar. Onlar bildirir ki, bu sürətlə davam edərsə, dünya əhalisinin peyvəndlənmə prosesinin 3 il və daha artıq davam edəcəyi gözlənilir.
Dünyaca məşhur "Economist" dərgisində yer alan məlumata görə, inkişaf etmiş ölkələrdə peyvəndlənmə 2022-ci ilin ortalarında, orta gəlirli ölkələrdə 2022-ci ilin sonu, yoxsul ölkələrdə 2023-cü ilin əvvəllərində başa çatacaq. Daha yoxsul ölkələrdə isə bu prosesin 2024-cü ilədək davam edəcəyi ehtimal olunur./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar