Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Həkimdən xəbərdarlıq: Bu uşaqlar koronanı ağır keçirir

Tarix: 03-04-2021 12:23     Baxış: 4178 A- / A+
Həkimdən xəbərdarlıq: Bu uşaqlar koronanı ağır keçirir

Britaniya ştammını qurd xəstəliyindən əziyyət çəkən uşaqlar daha ağır keçirə bilər.

Manevr.az xəbər verir ki, bunu axar.az-a açıqlamasında Elmed Tibb Mərkəzinin həkim-parazitoloqu Ülkər Allahverdiyeva deyib. O bildirib ki, qurdu olan uşaqların immuniteti aşağı olduğu üçün koronavirusa müqaviməti zəif olur:

“Dünya alimləri koronavirusun Britaniya ştammının uşaqlar üçün daha təhlükəli olduğunu, yəni xəstəliyi ağır və yüksək temperaturla keçirdiyini bildirir. Valideynlər bunu nəzərə alaraq, uşaqların immunitetinin gücləndirilməsinə nəzarəti artırmalıdır. Bu nəzarət çərçivəsində immuniteti daha da zəiflədən qurd xəstələliklərinə ciddi yanaşılmalıdır. Lakin son vaxtlar valideynlər buna bir qədər laqeyd yanaşır, bəzən lazım olan müalicəni illərlə gecikdirir.

Qeyd edim ki, bu qurdlar orqanizmdə müxtəlif pozulmalara, bağırsaq disbakteriozuna səbəb olur. Disbakterioz özünü həzm pozulmaları, köp, meteorizm (bağırsaqda qazlar), qarın ağrıları və s. kimi simptomlarla büruzə verir. Bundan başqa, onlar bağırsaqların mənfəzini bağlayaraq qəbizliyə, hətta bağırsaq keçilməzliyinə yol açır. Avitaminoz (vitamin və mikroelement çatışmazlığı), anemiya, iştahasızlıq, ürəkbulanma, ağızda qoxu, göz altında kölgələr də qurd səbəbindən yaranan problemlərdir. Həmçinin, parazitlər orqanizmdə allergik reaksiyalar, dəridə səpkilər və uşaqların arıqlaması ilə də nəticələnir. Qurdların orqanizmə təsiri sinir sistemində bir sıra fəsadlar yaradır və nevroloji problemlər - əsəbilik, depressiya, xroniki yorğunluq və s. hallar əmələ gəlir. Eyni zamanda, tez-tez rast gəldiyimiz xalyazion - itdirsəyi də qurd invaziyaları fonunda yaranan problemdir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar