Xəbər lenti
Koronavirusa yoluxanlara niyə vaksin vurulmur? - Ən çox verilən sualın cavabı tapıldı
Koronavirus infeksiyasına qarşı vaksinasiya prosesində anlaşılmazlıq yaranıb.
Manevr.az xəbər verir ki, anlaşılmazlıq virusa yoluxub-sağalanlara vaksin vurulmaması ilə bağlıdır. Daha doğrusu, bu kateqoriyadan olan şəxslərə yalnız 1 ildən sonra vaksin vurula biləcəyi deyilir. Vaksinin təsir müddət isə 6 aydır. Bu baxımdan, virusa yoluxub-sağalanlar narahatlıq keçirir.
Nəzərə alsaq ki, hazırda Azərbaycanda yoluxma halı kəskin artıb və mütəxəssilər növbəti dalğanın olacağı barədə həyəcan təbili çalır, o zaman vətəndaşların narahatlığı anlaşılandır.
Tibb mütəxəssisləri isə bildirir ki, burada heç bir narahatlığa əsas yoxdur. Məsələ burasındadır ki, yoluxmanın özü təbii vaksin sayılır. “Bu virusa yoluxanlarda antitellər yaranır. Bu da növbəti yoluxma riskini azaldır. Ona görə də, virusa yoluxub-sağalanlara 6 ay, yaxud 1 il ərzində vaksin vurulmasına ehtiyac qalmır. Doğrudur, onlara vaksin vurula da bilər. Ancaq vurulmaması da yanlış addım deyil. Sadəcə, bununla bağlı narahatlıq keçirənlər antitellərini yoxlada bilərlər”, - tibbi ekspertlər bildirir.
Mütəxəssislərin sözlərinə görə, virusa yoluxub-sağalanların vaksinasiya prosesindən kənarda saxlanılması həm də vaksin çatışmazlığı ilə bağlı ola bilər.
Tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov da açıqlamasında virusa yoluxub-sağalanların 1 il ərzində yoluxma riskinin aşağı olduğunu bildirib.
“Orqanizm virusun toksininə qarşı antitoksin yaradır. Bu, bədəndə 1 il qala bilir. Hələ burada malekul çəkisi az olan antitoksindən söhbət gedir. Baxın, adamlar qızılcaya bir dəfə tutulur. Niyə? Çünki onun antitoksininin molekul çəkisi yüksəkdir və bədəndən çıxmır. Ancaq pnevmaniyada belə deyil, 1 il müddətində qala bilir. Yoluxub-sağalanlara 1 il ərzində vaksin vurulmaması bununla bağlıdır”, - deyə Rəşid Mahmudov əlavə edib./hit.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar