Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda həkimlər köçürülür, poliklinikalar boş qalır: tibb müəssisələrində nə baş verir? - AÇIQLAMA

Tarix: 31-03-2021 11:20     Baxış: 3208 A- / A+
Sumqayıtda həkimlər köçürülür, poliklinikalar boş qalır: tibb müəssisələrində nə baş verir? - AÇIQLAMA


Sumqayıtda tibb müəssisələrində bir neçə həftədir köçürülmə prosesi həyata keçirilir. Əhali isə sahə üzrə müraciət etdikləri poliklinikalardakı həkimlərin hara və niyə getdiyini bilmir.
Manevr.az xəbər verir ki, bu barədə oxu.az-a bir qrup həkim müraciət edib.

Sumqayıtda poliklinikalarda çalışan dar ixtisaslı həkimlər başqa müəssisələrə köçürülür. Müəyyən bir qrup hər hansı xəstəxananın poliklinika şöbəsinə, digər bir qrup isə fərqli xəstəxanalara yerləşdirilib.

Həkimlərin sözlərinə görə, bir neçə poliklinikanın dar ixtisaslı həkimlərini (oftalmoloq, endokrinoloq, cərrah, nervopatoloq, dəri zöhrəvi, psixoloq, kardioloq, burun-boğaz və s.) artıq çalışdıqları yerdən köçürüblər:

“Həkimləri köçürdükləri tibb müəssisələri ürəkaçan vəziyyətdə deyil. O qədər şəraitsiz otaqlardır ki, orada vətəndaşa xidmət etmək çox çətindir. Bir neçə həkimi kiçik otağa yığıb gələn vətəndaşlara yüksək səviyyədə xidmət etmələri tələb olunur. Bunu necə edək? Soruşanda da deyirlər ki, TƏBİB təlimat verib. Pandemiya ilə mübarizə aparılır. Düşünmürlər ki, bir neçə həkim bir otaqda otursa, eyni anda hər biri sadəcə bir xəstə qəbul etsə, karantin qaydaları pozulacaq, yoluxma da istisna edilmir”.

Aydındır ki, nəinki ölkəmiz, eləcə də dünya ölkələri də gözlənilməyən koronavirus pandemiyası ilə üzbəüz qalıb. Tibb müəssisələrinin mərhələli şəkildə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) balansına keçməsi bildirilib. Məlum səbəblərdən bu proses, eləcə də təhvil-təslim prosesi tamamlandıqdan sonra nəzərdə tutulan təmir-bərpa işləri gecikib.

Amma pandemiya səbəbindən proseslərin mərhələli şəkildə aparılması gecikirsə, həkimlər niyə əziyyət çəkməlidir?

Şəhər sakinləri isə deyir ki, poliklinikaya gedəndə həkim tapa bilmirlər:

“Həkimlər başqa-başqa yerlərə göndərilib. Bizi gah ora, gah da bura göndərirlər. Göndərdikləri tibb müəssisələrində isə heç həkimlər özü bir-birini tapa bilmir, o ki qaldı xəstələr”.

Bu iddialara görə, həkimlərin fəaliyyət şəraiti daha da çətinləşdirilir. Hətta bir qrup həkim vəzifələrindən azad ediləcəkləri ilə bağlı narahat olduqlarını da dilə gətirirlər.

Bəs maraqlıdır: Bu və bənzər şayiələrin arxasında duran səbəb nədir? Sumqayıtda yerləşən tibb müəssisələrində nə baş verir?

Məsələ ilə bağlı oxu.az-ın sorğusunu cavablandıran Sumqayıt Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıxova bildirib ki, dar ixtisaslı həkimlərin başqa müəssisələrə köçürülməsi prosesi icbari tibbi sığortaya keçidlə əlaqədar Ailə sağlamlıq mərkəzlərinin yaradılması ilə bağlıdır:

“Ailə sağlamlıq mərkəzlərində terapevt, pediatr, ginekoloq bir müəssisədə oturur. Dar ixtisaslı həkimlər isə xəstəxanaya köçürülürlər. Daha dəqiq desək, xəstəxananın poliklinika şöbəsi kimi ambulator həkim qəbulu şöbəsi kimi fəaliyyət göstərir. Hazırda icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı belə yerləşdirmə aparılıb. Heç bir narahatlıq olmadan, xidmət ərazisi dəyişmədən sadəcə məkan olaraq həkimlər köçürülüb”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar