Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyənin istehsal edəcəyi peyvənd pandemiyanı sonlandıra bilər

Tarix: 30-03-2021 20:31     Baxış: 3203 A- / A+
Türkiyənin istehsal edəcəyi peyvənd pandemiyanı sonlandıra bilər

Türkiyənin sprey formasında koronavirus peyvəndi "İntranazal Kovid” pandemiyanın bitməsində önəmli rol oynaya bilər.

Bu barədə türkiyəli infeksionist professor İsmayıl Balık "Hürriyet”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu peyvənd lokal (yerli) anticisim hazırlayacaq:

"Bu lokal anticisimlər hələ burun və ağızda olan virusun orqanizmə yayılmasının qarşısını alacaq. Bu baxımdan sprey peyvəndlər digər vaksinlərin bacarmadığını həyata keçirirlər”.

Professor qeyd edib ki, "İntranazal Kovid” spreyi eyni zamanda virusun başqalarına keçməsinin də qarşısını alır.

Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, türkiyəli alimlərin bu nailiyyəti dünyada sprey formasında ilk peyvənd olacaq. O, tezliklə peyvəndin birinci mərhələ sınaqlarına başlanacağını açıqlayıb.

Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank bu il ərzində peyvəndin istifadəyə veriləcəyini açıqlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar