Xəbər lenti 
					
 
		Qəbizliyə TƏBİİ ÇARƏ
Zəyərək (kətan) toxumu çox faydalı müalicə məhsuldur.
Zəyərək toxumu mədə-bağırsaq sistemi üçün xüsusilə faydalıdır. Həzm sisteminə bürüyücü, iltihab əleyhinə, ağrıkəsici və işlədici təsir göstərir.
Kətan toxumu xroniki qastrit, mədə və onikibarmaq bağırsağın peptik xorası, xroniki enterit, kolit zamanı əlavə müalicəvi vasitə kimi çox geniş istifadə olunur.
Zəyərək toxumu qəbizlik zamanı çox yaxşı təsir edir. Qidalı liflərlə zəngin olan zəyərək toxumu bağırsaqlarda şişir və bağırsaqların peristaltikasını (hərəkətlilik) artırır ki, nəticədə bu qəbizliklə mübarizə etməyə kömək edir. Həmçinin kətan toxumu dəmləməsi seliklə zəngindir ki, bu selik bağırsaqların fəaliyyətini asanlaşdırır.
Qəbizlik zamanı zəyərək toxumundan belə müalicəvi dəmləmə hazırlayın:
1 ç. q. toxumun üzərinə 150 ml (3/4 stəkan) qaynar su əlavə edin, 15 dəq. çalxalayın, süzün. Selikli maye alınmalıdır. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl daxilə qəbul edin. Bu dəmləməni uzun müddət ərzində istifadə etmək olar. Onun heç bir ziyanı və ya yanaşı təsiri yoxdur. (saglamolun.az)
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















