Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Adil Qeybulla: Bu yay virus “yox”a çıxacaq - VİDEO

Tarix: 24-03-2021 17:09     Baxış: 4184 A- / A+
Adil Qeybulla: Bu yay virus “yox”a çıxacaq - VİDEO

Son günlər koronavirusa yoluxmada artım sayına görə bu halı ölkədə “ikinci dalğa” və ya “üçüncü mərhələ” də adlandıranlar var idi, amma virusa yoluxmanın hansı səviyyədə olmasını Operativ Qərargah müəyyən edir.

Manevr.az xəbər verir ki, bunu “Turan”ın “Çətin sual” proqramının 2021-ci il 23 mart tarixli “COVİD-ə yoluxanların artımı və şübhələr” verilişində tibb professoru Adil Qeybulla bildirib.

A.Qeybulla hesab edir ki, hazırda da epidomoloji vəziyyət qənaətbəxş deyil və bunun üçün bəzi məhdudiyyətlər tətbiq edilir. Eyni zamanda hökumətin tam qapanmaya getməməsi sualını cavablandıran professor deyib ki, iqtisadi fəaliyyətin onsuz da aşağı olduğu vaxtda hökumətin tam qapanmaya getməməsi anlaşılandır.

Hazırda ictimai nəqliyyatın işləməməsini şərh edən A.Qeybulla vurğulayır ki, bu addımın da səbəbləri var: “Metropoliten işləmir, avtobuslarda sıxlıq yaranır, sosial məsafə gözlənilmir belə halda yoluxmanın artmasının qarşısını almaq üçün ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması çıxış yollarından biri sayılır”.

A.Qeybulla hesab edir ki, ictimai nəqliyyatda belə vəziyyətin yaranmasının bir təfəri obyekrtiv səbəbə bağlıdırsa, digəri bu sahəyə məsul şəxslərin işi tşkil edə bilməməsinin göstəricisidir.

A.Qeybulla deyir ki, 2020-ci ilin dekabrında, Yeni il ərəfəsində, indi Novruz bayramı ərəfəsində də artım qeydə alındı. Onun deməsinə görə, 2020-ci ilin dekbarında hətta xəstəxanalarda çarpayı problemi yaranmışdı, bir çox yoluxanlar evlərində müalicə kursu keçməli olduqalr. “Amma hansı rəqəmlərin göstərilməsindən asılı olmadan hökumtin əsas hədəfi əhalinin təhlükəsizliyidir”, deyə A.Qeybulla məhdudiyyətlər barədə mövqeyini bildirir.

Digər tərəfdən isə A.Qeybulla deyir ki, bəzən vətəndaşlar maska taxılması, sosial məsafə gözlənilməsi kimi qaydlara əməl etmirlər, bu isə yoluxma sayının artmasına səbəb olur. O, bunu da vurğulayır ki, açq havada, ətrafda insan sayı az olduqda maska taxmamaq olar və maska daha çox qapalı məkanda istifadə edilməlidir.

Mutasiyaya uğramış “Britaniya ştammı” virusu haqda danışıan A.Qeybulla deyib ki, bu daha sürətlə yayılır, bəzən uşaqlara təsir edə bilir. Amma hazırda Azərbaycanda peyvəndə tətbiq edilən Çinin "Sinovac" şirkətinin "CoronaVac" vaksini bu ştamma qarşı da effektlidir.

Perspektivdə virusa yoluxma ilə bağlı açıqlama verən A.Qeybullanın fikrincə, apel-may aylarında virusa yoluxma azalacaq, yay aylarında isə virus “yox”a çıxacaq.

Xatırladaq ki, 2019-cu il dekbarın sonlarında Çinin Uhan şəhərindən koronavirus infeksiyası yayılıb. 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin martnda onu COVİD-19 pandemiyası adlandırıb,

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, hazırda dünyada 121 464 666 bu virusa yoluxub. ümumilikdə 2 684 093 insan vəfat edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar