Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Uşaqların vaksinasiyası nə zaman başlayacaq? - Professor açıqladı

Tarix: 23-03-2021 10:17     Baxış: 3298 A- / A+
Uşaqların vaksinasiyası nə zaman başlayacaq? - Professor açıqladı


Türk professor Mehmet Ceyhan ABŞ-ın “Moderna” şirkətinin uşaqların vaksinasiyası üçün mRNA texnologiyasına əsaslanan COVID-19 peyvəndi üzərində çalışdığını deyib.

Professor uşaqlar üçün hazırda koronavirusa qarşı hansısa peyvəndin olmadığını deyib.

“Uşaqlar üçün peyvənd hazırlamağın bəzi şərtləri var. Həmin vaksinin yetəri qədər istifadə edilməsi, tətbiq olunması lazımdır ki, nə qədər etibarlı olduğu təsdiqlənsin. Türkiyədə bu istiqamətdə hər hansı araşdırma yoxdur. ABŞ-da isə yalnız “Moderna” tədqiqat aparır. Bu cür məhsullar aparılan araşdırmaların nəticələrinə əsasən lisenziya əldə edir. Hər məhsula da lisenziya verilmir. Deyək ki, araşdırma gələn ayın sonunda bitəcək, şirkətlər bu araşdırmanın nəticələri ilə ölkələrin səhiyyə orqanlarına müraciət edir və dərhal icazələrini almağa başlayırlar”, - həkim əlavə edib.

M.Ceyhanın sözlərinə görə, gənclərin vaksinasiyaya münasibəti birmənalı olmayacaq:

“Gənclər və yetkin insanlar vaksinasiyadan yayınarsa, istədiyimiz hədəfə çata bilmərik. Bu da işimizi çətinləşdirir. Bunun üçün nazirlik proqramlar hazırlamalıdır. Cəmiyyətin 70-80 faizi inaktiv peyvəndlə qorunacaq. Hədəfimiz əhalinin 60 faizinin peyvəndlənməsidir. Kütləvi immunitetin yaranması üçün cəmiyyətin 80 faizi peyvəndlənməlidir. Yerdə qalan 20 faizi də uşaqlardır. Bütün cəmiyyətə yetəcək peyvənd istehsal edilməsi üçün çox böyük güc sərf etməliyik”./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar