Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Daimi baş ağrısının səbəbi bu imiş

Tarix: 21-03-2021 18:18     Baxış: 3257 A- / A+
Daimi baş ağrısının səbəbi bu imiş

Rusiyalı həkim İrina Yarçeva və terapevt Larisa Alekseyeva RT-yə verdikləri müsahibədə davamlı baş ağrısının səbəblərini açıqlayıblar.

Manevr.az xəbər verir ki, Yarçeva daimi baş ağrısının bir çox xəstəlikdə ən çox görülən simptomlardan olduğunu qeyd edib.

“Stress, həddindən artıq gərginlik və yuxu çatışmazlığı baş ağrısının əsas səbəblərindəndir. Odur ki, iş və yuxu rejiminizi, həmçinin stress səviyyəsini daima nəzarətdə saxlamalısınız. Vaxtında fasilə verin və ya idmanla məşğul olun.

Baş ağrısı yüksək qan təzyiqi ilə yanaşı, qlaukomanın inkişafı ilə də əlaqəli ola bilər, xüsusilə yaşlılarda. Bundan başqa, uzun müddət kompüter qarşısında çalışmaq baş ağrısına təkan verir. Çünki onurğa əzələ gərginliyindən əziyyət çəkir.

Steroid olmayan antiinflamatuar dərmanlar baş ağrısına kömək edir. Bununla birlikdə, gündəlik preparat sayı icazə verilən dərəcəni aşmamalıdır, odur ki, mütəxəssislə məsləhətləşməlisiniz”, - o, müsahibəsində bildirib.

Alekseyeva isə baş ağrısının ümumi səbəbini havadakı dəyişikliklər ilə əlaqələndirirb. Həm də səbəb hipotermiya ola bilər. Bundan əlavə, insanların həyat ritmindəki dəyişikliklər, tez hazırlanan yeməklər, energetik və spirtli içkilər, həmçinin siqaret baş ağrısına səbəb olur./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar