Xəbər lenti
Maskadan istifadənin xərçəng yaratması iddiasına tanınmış həkimdən cavab
Yuhan Hidrobiologiya institutunun alimləri virusdan qorunmaq məqsədilə insanların taxdığı müxtəlif maskaların xərçəngin inkişafına təkan verəcəyini açıqlayıblar. Alimlər aparılan tədqiqatlardan sonra bəzi maskalardan istifadənin xərçəng riskini artırdığı qənaətinə gəliblər.
Manevr.az verir ki, həkim Ramin Nəriman mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib. Həkim bildirib ki, maska adi bir geyim vasitəsi kimidir: "İllərdir insanların dərisinə paltar toxunur, sürtünür. Maska niyə problem yaratsın ki?. Mən özüm 20 ildir maskadan istifadə edirəm və onun xərçəng yaratmaq riski sıfıra bərabərdir. Digər bir tərəfdən də, sözügedən tədqiqatda göstərilir ki, pambıq və cərrahi maskalarda elə bir problem yoxdur. Təbabət də, cərrahi maskalardan istifadə edir. Bu, uzun müddətdir ki tibbdə istifadə edilir. Onun xərçəng yaratmaq riski olsa idi, bu günə qədər aşkarlayardılar. Başqa materiallardan istifadə olunması əlbəttə ki, problem yarada bilir”.
Həkim əlavə edib ki, hər bir tibbi materialın hazırlanmasına qoyulan tələblər mövcuddur: "Cərrahi maskalar da, bu standartlar əsasında hazırlanır. Yəni onların keçiricilik qabiliyyəti, xeyir və zərəri hesablanır və sonra istehsala buraxılır. Ona görə də təbabətdə istifadə olunan cərrahi maskalardan hər hansı bir problem yaranacağını düşünmürəm. Məqalədə həmçinin göstərilir ki, maskalarda olan hissəciklər tənəffüs yollarına düşərək problemlər yaradır. Amma bunun əksini də fikirləşmək lazımdır. Yəni maskalar xeyli sayda toz hissəciklərinin tənəffüs yollarına düşməsinin qarşısını alır. İnsan ömür boyu nəfəs alıb-verir. Bu müddət ərzində də, tənəffüs yollarına müxtəlif maddələr düşür. Maskanı taxanda isə həmin toz hissəcikləri tutulduğundan, artıq tənəffüs yoluna düşə bilmir. Əgər maskadan qopan materiallar tənəffüs yollarına düşürsə, ondan dəfələrlə artıq hissəciklərin tənəffüs yoluna düşməsinin qarşısını maska alır. Buna görə də deyilənlərin ağılabatan olacağını düşünmürəm. Özüm uzun illərdir ki, maskadan istifadə edirəm. Bu günə qədər hər hansısa bir problemin yarandığını hiss etməmişəm”./konkret.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar