Xəbər lenti
“Britaniya ştammı ağır fəsadlara və ölümə səbəb olmur” - Ekspert
“COVID-19-un Britaniya ştammı fonunda sərt karantinin tətbiq olunmasına ehtiyac yoxdur”.
Milli Hematologiya və Transfuziologiya Mərkəzindən verilən məlumata görə, Azərbaycanda koronavirusun Britaniya ştammı aşkarlanıb. Belə ki, Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur. Mərkəzdə “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.
Manevr.az xəbər verir ki, tibb eksperti Rasif Bağırov Britaniya ştammının karantin qaydaları ilə bağlı mümkün təsirlərini yenicag.az-a açıqlamasında dəyərləndirib. Rasif Bağırova görə, Britaniya ştammı əsas koronavirusun mutasiyasıdır və qorxulu deyil:
“Düzdür, ilk günlərdə mutasiyanın yaranması hər kəsdə qorxu hissi yaradır, bunun özünü necə göstərəcəyi narahatlıq və sual doğurur. Lakin məlum olub ki, bu mutasiya özünü heç də ağır formada göstərmir.
Bununla bağlı məlumat bir neçə ay öncədən yayılmışdı. Britaniya ştammı insan orqanizmində ağır fəsadlara və ölüm halına səbəb olmur. Ona görə də ştammın ölkəmizdə özünü necə göstərəcəyinə nəzarət ediləcək. Məlumdur ki, Britaniya Ştammı koronavirus əlamətləri ilə keçir. Digər əlamətlərin necə olacağını zaman göstərəcək.
Koronavirus pandemiyası yayılan ilk günlərdə uşaqlar arasında yoluxma faktına rast gəlinməsə də, artıq şagirdlər arasında yoluxma hallarına rast gəlinib. Hətta digər ölkələrdə də bağça və məktəblərdə uşaqlar arasında yoluxma halları olub. Ancaq bu virusu uşaqlar daha yüngül keçirir. Bu baxımdan, Britaniya ştammının da yüngül keçəcəyini və sərt karantinin tətbiq olunmaına ehtiyac olmayacağını düşünürəm”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar